İsmayıllının yeni icra başçısı Nahid Bağırov nə işlə məşğuldur ?- ''QOŞA QALA''da baş verən macəralar...
26-04-2021, 14:43
705

İsmayıllının yeni icra başçısı Nahid Bağırov nə işlə məşğuldur ?- ''QOŞA QALA''da baş verən macəralar...

Saatlının deputatlığa namizədi, İsmayıllının icra başçısı Nahid Bağırov

Deputat seçilməyən namizəd düz 1 ay sonra icra başçısı olur və düz 1 ay sonra töhmət alır 

Vallah məni qınamayın, çox əcaib zəmanədə yaşayırıq. Bu zəhrimar koronavirus bir yandan, o biri  yandan da koronavirusdan daha təhlükəli məmurlarımız..
Ümumiyyətlə, bəşəriyyətin  tarixi boyu  dəhşətli müharibələr, epidemiyalar, taun, vəba və təbii fəlakətlər, zəlzələlər, daşqınlar, vulkanlar olub və olacaq. 
Amma təbii fəlakətdən dəhşətlisi məmur fəlakətidir. Təbii fəlakət 3-5 gün çəkir və bitir, sonra dəyən zərər aradan qaldırılır. 
Amma məmur fəlakəti bitib-tükınmək bilmir. Görmürsünüzmü, gündə “paçka-paçka” məmur həbs edirlər, amma fəlakət dayanmır. Və tam əminliklə deyirəm ki, dayanmayacaq. 
Çox maraqlıdır ki, bir neçə il əvvəl hamı bir ağızdan deyirdi ki, bu qocalar niyə postlarını cavanlara vermir, gəncləri qabağa vermək lazımdır və s. 
Cənab Prezident  İlham Əliyev cəmiyyətdən gələn bu istəyi, sifarişi həyata keçirdi və qısa vaxtda xeyli sayda gənc icra başçısı, nazir, komitə sədri təyin olundu. 
Və Prezident bu gəncləri mühüm vəzifələrə təyin edəndə cəmiyyətin qarşısında, televizorda açıq şəkildə dedi ki, sizlərə etimad göstəririk, amma doğrultmasanız, cəzanızı  alacaqsınız..
Belə gənclərdən biri də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid  Bağırovdur.  
Nahid Bağırovun tərcümeyi-halından bəlli olur ki, o, Azərbaycanın ən hörmətsiz, ən səviyyəsiz ali məktəbini ABU-nu bitirib. Bu adam ABU-da oxuya-oxuya Sabunçu məhkəməsində katib işləyib. Bu necə olur, cənab icra başçısı ? 
Sonra turizm biznesi ilə məşğul olub. 
Gecə yatıb yuxuda nə görübsə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar Milli Məclis  seçkilərində 62 sayli Saatlı Seçki Dairəsi üzrə namizədliyini verib. 
Gərgin seçkilərdən sonra Nahid Bağırov cəmi 4,5 faiz səs toplayıb. Adama deyərlər bu səslə sən necə deputat olmaq istəyirdin ? 
Digər tərəfdən Saatlı camaatı ilə  sənin nə əlaqən, nə münasibətin, səni orda tanıyan yox və s. 
Bəs hansı məntiqlə oradan deputatlığa namizəd oldun ?
Deməli, 4 yarım faiz  səs toplayan Nahid Bağırov bircə ay sonra İsmayıllıya icra başçısı təyin olunur. Və düz 1 ay sonra İsmayıllı meşələrində keçirdiyi biznes layihəyə görə, Prezident tərəfindən töhmət alır. Yəni karantin dövründə turizm layihəsi ilə bağlı İsmayıllı meşələrində keçirilən tədbirə görə ilk töhmət. 
Amma çoxları bilmədi ki, töhmət  Mərdəkandakı Qoşa Qala restoranında  baş verənlərə görədir. Yəni ciddi karantin dövründə təzə icra başçısı İsmayıllıda işini tərk edib Mərdəkanda məşhur QOŞA QALA restoranda olarkən ruhi tarazlığını itirib. 
Və bununla da gənc icra başçısı ona göstərilən etimadı itirib. 
Mərdəkanda nə baş verib ?

 Araşdırmamız davam edir.

Oxşar xəbərlər

İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
İcra başçısı Seymur  Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq  qızıl-briliyant  tökülər....
Qoşa Qala  restoranı kim(lər)indir  ?-  İcra başçısının adı hallanan  Restoranda nələr baş verir ?
Sabiq məmur vəfat edib
Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Müqais Verdiyev, 5 min manatımı qaytar ...-MÜQAİS VERDİYEV YENİDƏN HƏBS OLUNA BİLƏR
İcra başçısı hələ də azad olunan rayonuna getməyib
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İsmayıllının meşəyə yaylağa çıxan icra başçısı narkoplantasiyanı görmür ?
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
"Atanın ağlı olaydı, ölməyəydi” – Tərtərin başçısı şəhidin qazi oğlunun torpağını əlindən alır
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?