Macarıstanın 10 ən nüfuzlu şəxsindən biri Azərbaycan əsillidir - FOTO
17-06-2020, 19:00
4 233

Macarıstanın 10 ən nüfuzlu şəxsindən biri Azərbaycan əsillidir - FOTO

Futbol üzrə Macarıstan çempionatının qalibi artıq bəllidir. Bu, dünən səfərdə “Honved” üzərində 2:0 hesabı ilə qələbə qazanmış “Ferentsvaroş” klubudur. Nəticədə, OTP Bank Liqada sona üç tur qalmış çempion erkən müəyyənləşib. Soruşa bilərsiniz ki, bundan bizə nə?
Oxu.Az bu dəfə klubun Azərbaycanla əlaqəsi barədə yazacaq.
Məsələ burasındadır ki, 121 illik tarixə malik Budapeşt klubunun prezidenti əslən azərbaycanlıdır. Bu, Macarıstanda Kubatov Qabor kimi tanınan Qabor Qubadovdur. Qubadovun Naxçıvanda anadan olmuş babası sovet rejimindən xaricə mühacirət edənlərdən biri olub.

Qabor Qubadov milli-mühafizəkar, sağçı “Fides” partiyasının üzvü kimi yerli parlamentin - Milli Assambleyanın üzvüdür. 2006-cı ildən deputat olan Qubadov 2015-ci ilin dekabrın 13-dən üzvü olduğu partiyanın dörd vitse-prezidentindən biridir.

2006-2010-cu illərdə Macarıstan parlamentinin Mədəniyyət və Media, 2006-2014-cü illərdə İnsan Hüquqları, Azlıqlar, Mülki və Dini İşlər üzrə komitələrinin üzvü olub. Qubadovun futbol funksioneri olması isə 2011-ci ilin fevralın 25-dən sayılır. Çünki o, bu tarixdə Budapeşt klubuna prezident seçilib.

O, bundan sonra daha iki dəfə həmin posta layiq bilinib. “Ferentsvaroş”un 31 çempionluğundan üçü Qubadovun prezidentliyi dövründə olub. Klubun 23 dəfə qazandığı ölkə kuboku yarışından son üçü də onun rəhbərliyi dövrünə aiddir. Həmçinin, iki Superkubok və iki Liqa Kuboku (ümumiyyətlə, bu titul klub tarixində yalnız onun vaxtında qazanılıb – S.M.). 2014-cü ildə klubun 22 min tamaşaçı tutumuna malik “Qrupama Arena”sı tikilib. 2014-2019-cu illərdə Macarıstan millisinin də istifadə etdiyi bu stadionun inşasına 40 milyon avro xərclənib.

“B-Közep” fan-klubunun üzvləri 2014-cü ildə yeni arenaya gəlməyəcəklərini (girişdə biometrik buraxılış sənədi tələb olunmasından narazı idilər – S.M.) və klubu boykot etdiklərini bildiriblər. 2016-cı ildə “B-Közep”in stadiona qaytarılmasında da Qubadovun rolu olub. Məhz fanatlar klub prezidenti ilə martın 24-də danışıqlar apararaq, narazılıqlarını dilə gətiriblər və onlara oyunlara stadiondan baxmağa icazə verilib.

Lakin Qubadovla bağlı mənfi məqamlar da var. Bunlardan biri klubun keçmiş radikal xuliqanlarından, o cümlədən qətl və digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdən ibarət özəl təhlükəsizlik təşkilatı yaratmasıdır. Təşkilat üzvləri futbol matçlarında nizam-intizama nəzarət edir, eyni zamanda ifrat sağ qanadın siyasi fəaliyyətində iştirak edirlər.

54 yaşlı Qabor Qubadov Aqneş adlı xanımla evlidir və bu evlilikdən Emma, Marsel və Oliviya adlı üç uşağı var. 2020-ci ildə dərc edilmiş məlumata əsasən, Q.Qubadov Macarıstanın 10 ən nüfuzlu şəxsindən biridir.

Səbuhi Musayev

Oxşar xəbərlər

Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında yer alıb
“Günay Sığorta”da yeni TƏYİNAT
“Corc Floyd üçün ədalət” istəyən futbolçu cəzalandırıldı
Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
Dünya çempionu koronavirusa yoluxdu
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
İspan mediası “Barselona”nın yeni baş məşqçisini açıqladı
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Orban Bakıda: Biz Atillanın nəvələriyik
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
"Beşiktaş"da yeni prezident
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Maqnus Karlsen 75 min dollar qazanıb
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Azərbaycanda bu partiyanın adı dəyişdirildi
Sabiq mədəniyyət nazirinin topdağıtmaz biznesi — SİYAHI
Şabranda erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb - Foto
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
“Moyes mənim üçün ata kimi idi”
"Barselona" Kumanın təyinatını açıqladı - Rəsmi
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Bakıda vəkil intihar etdi