Rövşən Rzayev elçilik məclisində deyib ki, 7 rayonun icra başçısı mənim xeyir-duamla təyin olunur..

 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əməlləri barədə mediada kifayət qədər yazılıb. 
Bu şəxsin  qaçqınlara yaratdığı problemlər, qaçqınlar üçün  tikilən evlərdə, şəhərciklərdə, qəsəbələrdə  baş verən milyonluq maxinasiyalar, rüşvət və korrupsiya halları hər gün medianın manşetini bəzəyir. 
Ən dəhşətlisi odur ki, bu adam özünü az qala toxunulmaz persona  hesab edir. Və səlahiyyət həddini aşır..
Bəli, bu adam səlahiyyət həddini əməlli-başlı aşır və elə sözlər danışır ki, bu ona baha başa gələcək. Bu barədə yazacağıq. 
Bəli, media manşetlərinin bəzəyi olan Rövşən Rzayev haqqında  redaksiyamıza  təzə məlumatlar daxil olub. 
Daxil olan məlumata görə, Qaçqınkom-un sədri Rövşən Rzayev Ağdamın icra başçısı ilə quda olmağa hazırlaşır. 
Söhbət  Ağdamın icra başçısı Vaqif  Həsənovdan gedir.
Məlumat üçün qeyd edək ki, Vaqif  Həsənov 1980-87-ci illərdə   Bakı Komissarı adına NQÇİ   çilingər ( slesar ) işləyib. Sonra “partkom” işləyib. 
2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2018-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini  vəzifəsində çalışıb. 
Vaqif  Həsənov  2018-ci ildən  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində  çalışır. 
Bu  adam haqqında da mediada ancaq neqativ  fikirlərə rast gəlmək olur. 
Atalar demişkən, Sən saydığını say, ğör qudalar nə sayır.

Amma deyirlər, bu qudalar nə böyük sayır, nə kiçik sayır, nə ağsaqqal, nə qarasaqqal sayır. Axı bunlar nəyi sayır, kimi sayır. Bir dəfə dostlardan biri Vaqif müəllimdən soruşur ki, ay Vaqif müəllim 3-cü sinifdə oxuyanda yadındadırda o hadisə bir il az qala dərsə gəlmirdim. İndi niyə bizi saymırsan? Açım hamıya deyim? Vaqif müəllim də öz növbəsində bildirir ki, ə uşaqlıqda adamın başına hər iş gəlir. Hal-hazırda o adam həyatda yoxdurki. O ki qaldı kimisə saymağa biz heç kimi saymırıq, ancaq puldan başqa. Amma həmsöhbətim məni o qədər maraqlandırmışdı ki, uşaqlıqda nəyin baş verdiyini soruşmaq üçün ona sən öl vurası oldum. O isə mənim qulağıma bir cümlə dedi. O söhbətdən sonra mən hələ də var gülürəm. Bu başqa yazının mövzusudur. 
Bəli, görək təzə qudalar nələr planlaşdırır. 
Deməli, bizə daxil olan məlumatdan bəlli olur ki, Rövşən Rzayevin  təzə yeznəsi, yəni icra başçısının oğlu Vasif Həsənov Ağdam Gənclər Təşkilatının sədri olub. 
Qudalıq söhbəti başlayandan sonra gələcək qaynatası Rövşən  Rzayev gələcək kürəkəni Vasifi  öz yanına, yəni Qaçqınkom-a vəzifəyə gətirib. 
Bu məqamda Korrupsiya haqqında qanun yada düşür. Qanunda qeyd olunur ki, qohumlar bir-birinin tabeçiliyində işləyə bilməz. 
Amma Rövşən Rzayevin özünün  Korrupsiya haqqında özəl qanunu var.
Bəli, Vasif Həsənov hər gün mühafizə-“oxrana” ilə, 5.7-LEKSUS markalı avtomobildə qaynatasının “iqamətgahı”na gəlir. 
Daxil olan məlumatlardan o da bəlli olur ki, gələcək yeznə Vasif Həsənov Qaçqınkomda sektor vəzifəsini tutur. Hətta o məlumatıda əldə etdik ki, Vasif bəy dostu Nurlan adlı iş adamı ilə Qaçqınkom-un hesabına xəstəxana tikirlər. Yəqin ki, xəstəxana başa çatandan sonra özəlləşdirib öz şəxsi mülklərinə çevirəcəklər. 
Məclisdə iştirak etmiş şəxsin dediyinə görə, Rövşən Rzayev  elçilik məclisində qudası Vaqif Həsənova deyib ki, darıxma, qohum, səni özüm yaxın zamanlarda Bakıya daha böyük vəzifəyə gətirəcəm, istəsən, Bakıdakı rayonlardan birinə icra başçısı qoyaram...
Yazının girişində əbəs yerə qeyd etmədik ki, Rövşən Rzayev öz səlahiyyət həddini aşır, az qala Prezidentin səlahiyyətlərini mənimsəmək istəyir. 
Ey, Rövşən Rzayev, sən kimsən ki, icra başçısı təyin edəsən ? 
İcra başçısı təyin etmək, cənab Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. 
Sən bu qədər həddini aşmısan ? 
Məclisdə iştirak edən şəxsin dediyinə görə, elçilikdə hamı ayağa qalxıb, Qarabağın ağsaqqalı Rövşən Rzayevin şəninə təriflər deyiblər. Amma Qarabağda hörmətli şəxslər və ağsaqallar Rövşən Rzayevə belə müraciət edə bilərlər Rövşən Rzayev, axı sən kimsən ki, Qarabağın ağsaqqalı olasan ? 
Qarabağın  hörmətli nəsilləri, möhtərəm ağsaqqalları var.
Sən get öncə bütün problemlərini aradan qaldır, sonra bu barədə düşün. 
Başa düşdünmü ? 
Rövşən Rzayev həddini o qədər aşıb ki, məclisdə deyib ki, Qarabağa aid olan rayonların icra başçılarının təyinatına  xeyir-duanı mən verirəm. 
Cənab Prezident məmurlarla bağlı çıxışlarında hərdən “harınlamış”  ifadəsini işlədir. 
Bəli, bəzi məmurlar bütün  sərhədləri keçiblər. 
Rövşən Rzayev onu da  xüsusi olaraq vurğulayıb ki, Abşeron və Ağdamın icra başçılarını mənə veriblər, onlar mənlikdir...
Burda nə deyirlər..?
Sözün bitdiyi yer. 
Amma səninlə bitirmirik, Rövşən Rzayev. Davamı var.