Deputat  Ülvi  Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO
12-02-2021, 18:43
926

Deputat Ülvi Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO

Deputat  dərman satmaqla bu boyda pulları necə qazanıb ? 

Azərbaycan bu dünyanın neçənci möcüzəsidir, bunu Allah bilir.
Bunu bilirsiniz  nəyə görə dedim?
Axı, bu dünyada hər bir olayın içində bir məntiq, bir qanunauyğunluq və.s. olmalıdır.
Bir də görürsən ki, “Avtobusa minməyə pulum yoxdur..”  deyən müxalifətçi  bir aydan sonra deputat olur. 
Axı, adama  deyərlər avtobusa minməyə pulun yoxdursa,  sən necə seçicilərlə görüşə getdin, necə seçki təbliğatını apardın və s…və sonra necə deputat oldun. 
Bax, bütün sahələr belədir. 
Bir də görürsən ki, hansısa daş karxanasında işləyən birisini apardılar mühüm dövlət qurumuna BAŞ MƏSLƏHƏTÇİ…
Həə, atalar demişkən, belə yerdə  qəribi ağlamaq tutur. 
Hər bir sahənin özünün elmi-nəzəri əsasları var ee…  
Məsələn, sənaye biznesi qurmaqla xırda ticarət  biznesi  qurmaq fərqlidir. Sənaye biznesində  gəlir gec gəlir, amma xırda ticarətdə tez gəlir və s. Yəni bütün bunların bir elmi əsası var. 
Amma Azərbaycanda aptekdə dərman satanın  biri bir də gördün ki, oldu baş həkim. Yəni möcüzələr ölkəsində yaşayırıq. 
Axı, aptekdə dərman satanın baş həkim olması üçün uzun bir yol keçməlisən. 
Yaxud bizdə  divarı “kraskalayan”  malyarı-rəngsazı  sabah rəssamlara başçı qoysalar təəccüblənmək olmaz. 
Bütün bunları yazmaqda sözümün canı var. 
4 dəfə müxtəlif  dairələrdən  deputat seçilən Ülvi Quliyev bir neçə il əvvəl apteklərə dərman paylayırdı. 
Bu adamın birdən-birə möcüzə kimi parlaması dünyada analoqu olmayan hadisədir, əslində Ginnesin rekordlar kitabına düşməlidir.   
Aptekdən başlayan yol Londonda ən böyük mülklərə sahib olmağa qədər gedir. 
Təsəvvür edirsiniz  bu aptekarın  20  yaşlı oğlu Orxan Quluzadə  Londonda şirkətlər açır və bir neçə il sonra  Böyük Britaniya Krallığında 5 mülkə sahib olur. 

1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk 
5.Londonda 600 min funt sterlinq..

İndi gəlin cəmləyək: 565 + 425 + 500 + 750 + 600 =  2.840 min, yəni 2  milyon 840 min funt sterlinq, bizim pulla təxminən 6.000.000 – 6 milyon manat 
20 neçə yaşlı gənc 6 milyon manatı necə qazandı, Ülvi Quliyev?
Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir. 
Bəs Ülvi Quliyev dərman satmaqla bu boyda pulları necə qazanıb ? 
Axı, dərman satmaq narkotik alveri deyl, silah alveri deyil, insan alveri deyil e. 
Dərman alverində bu boyda möcüzə ola bilməz. 
Bəs görək Londonda ard-arda mülklərə sahib olan cavan Orxan Quluzadə erməniyə bir güllə atıbmı? 
Orduda qulluq edibmi ? 
Sonuncu Qarabağ savaşında şəhid olanların çoxu daxmalarda böyüyən uşaqlardır. 
Bəs yeri gəldi-gəlmədi vətən-torpaq deyən, pafoslu çıxışlar edən  deputat Ülvi Quliyevin oğlu 1-cə gün vətənə xidmət edibmi? 
Cənab deputatın oğlu Rusiyadakı biznesində neçə milyon ziyana düşüb ? 
Şirkətlərini adına keçirdiyi Azərbaycan vətəndaşı Aynur xanım kimdir ? 
Həyat fəaliyyətinə aptekdən başlayan  Ülvi Quliyev Milli Məclisə qədər gəlib çıxıb. Amma bu adamın karyera iştahası bitib tükənmək bilmir. ''Gündəlik Bakı'' qəzetinə(gundelik-baku.com) daxil olan məlumata görə, yaxın  çevrəsində narazı halda “Məni də Nərimanova icra başçısı qoyacaqlar” deyib. Dostlarının “Bəs niyə  narazısan ?” sualına cənab deputatın cavabı belə olub: “ Nərimanov mənim üçün balaca rayondur, mən Gəncənin başçısı olmalı idim”. 
Bu və digər məsələlərlə bağlı  növbəti yazıda.

Oxşar xəbərlər

Qazaxıstan parlamentinə azərbaycanlı deputat seçildi
Deputat icra başçılarını tənqid etdi
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
Deputat BNA-nı TOPA TUTDU - "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir"
Deputat Ramil Həsən bu paylaşımı ilə özünü güldürdü - FOTOFAKT
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
Daha iki deputat koronavirusa yoluxdu
Millət vəkilinin biznes imperiyası böyüyür
"Azərbaycanın üzərində bir kabus yaranıb, bu kabusun adı da..." - Deputat əsəbləşdi
Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir
“Banklar şəhid ailələrinə güzəştə getməlidir” - Deputat
Deputat BNA-nın yazdığı böyük məbləğli cərimədən narazıdır
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlandı
"Fransa ilə bütün əlaqələrə son qoyulsun" - deputatdan TƏKLİF
“İdman zalları açılsa, nə olacaq?" - Deputat
Yeni nazir Ermənistan mallarını Azərbaycan bazarına çıxarmaq istəyir
Sabiq deputat: “Sən müalicə olunma, Əli Həsənov, onsuz da ölmüsən...”
Apteklərin bayramıdır - Əlaltından 750 manata dərman satırlar
Deputat “Azərsu”-dan şikayətləndi: Kanalizasiya tikintisi həllini tapmır, yollara böyük ziyan vurulub
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
Paşinyanın parlament fraksiyası dağılır
“İnsanları bu vəziyyətdə qoymaq olmaz“ - Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ
Deputat şəhid və qazi ailələri ilə görüşdü
Deputatdan TƏKLİF: İcra hakimiyyətləri ləğv olunsun
“Özü istefa verib getməlidir” – Səfir tənqid olundu
"Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır" - deputat
Deputat anasının məzarı önündə: “Bir sığalına möhtacam...”
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat