İcra başçısı Rafil  Hüseynovun  ŞƏRƏF  davası… -  Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !
1-05-2021, 12:00
1 205

İcra başçısı Rafil Hüseynovun ŞƏRƏF davası… - Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !

Şərəfli kişi şəhidinin də ailəsinin namusunu özünün namusu bilir. 

Məmurların  qəribə  şakəri var. Onlarla bağlı tənqidi yazılara görə, xahiş etmədikləri, ağız açmadıqları ünvan  qalmır. Hətta dəfələrlə görmüşük ki, o boyda rayonun icra başçısı xahiş edir ki, nəvəmdən utanıram, nəvəmin dostları baxır, yazıları tez çıxardın. 


Görəsən böyük  bir rayonun icra başçısı ona etimad göstərən möhtərəm Prezidentdən niyə utanmır? 


İcra başçısı başına oyun açmadığı 100-150 minlik rayonun sakinlərindən niyə abır-həya etmir ? 


Görəsən icra başçısı niyə dövlətin qanunlarından qorxmur ? 


Qanunlar bir yana heç Allahdan da qorxub eləmir. 


Amma deyir ki,  nəvəmdən, nəvəmin dostlarında utanıram, yazını oxumasınlar...

 
Heç kimdən utanmayan, abır-həya etməyən, hətta Allahdan qorxmayan icra başçıları QƏLƏM-dən qorxur. Amma xahiş-minnət  alınmayanda, saman çöpündən yapışmağa hazır olan icra başçılarının üzü dönür və başlayırlar ŞƏRƏF və LƏYAQƏT-lə bağlı məhkəmə iddiası qaldırmağa...
Bəh-bəh. Bəs neçə gündür yalvaran, rica edən, hər şeyə hazır olan, sən deyildin, ay indi  ŞƏRƏF  DAVASI  edən. 
Biz isə deyirik ki, heç kimə zəng eləmə, xahiş eləmə, yalvarma, kiminsə  saman çöpündən yapışma, buyur mərhum Ulu Öndər deyən kimi  MÖVQEY-ini ortaya qoy. 
Axı, bunların heç vaxt mövqeyi olmayıb. Nə şərəf,  nə ləyaqət-filan...
Bəli, neçə ildir ki, əvvəl Masallının, indi isə Ağcabədinin icra başçısı olan Rafil Hüseynov onunla bağlı obyektiv tənqidi məqalələr yazan media mənsublarını şərəf və ləyaqət davası ilə hədələyir. 
Adamdan soruşarlar ki, oğlu vətəndaşı şalvarsız aparan ata ( kim olur olsun, lap icra başçısı ) hansı şərəfdən danışa bilər ? 
Qadını döydürən icra başçısı mənəviyyat davası edə bilərmi ? 
Axı, o qadın da bir kişinin arvadı, bir oğulun anası, bir qardaşın bacısıdır. Necə sənin şərəfin olur, o ərin, o qardaşın, o oğulun şərəfi olmur ?
Rafil Hüseynov,  bizim sənin şərəf və ləyaqətini müzakirə etməyə nə vaxtımız, nə də həvəsimiz var. Özün bilərsən. 
Amma özün de, öz cavan ömrünü vətən yolunda qurban verən şəhidin statusunu şübhə altına qoymaq, onun dul arvadına güc nümayiş etdirmək nə vaxtdan kişilik sayılıb, şərəf hesab olunub?
Həmin şəhidin dul arvadı çörək qazanmaq, əkib-becərmək üçün torpaq istəyir. Torpaq sənin dədənin deyil ki, dövlətindir. Versən nə olar. Onun əri bu torpağın uğrunda döyüşüb şəhid olub. 
Şəhidin dul arvadı sənin bacından, yoldaşından, lap gəlinindən əskikdir ? 
Bəli, cavan yaşında gözəllik salonuna sahib olan gəlininizdən, Suraxanının icra başçısı  Əziz  Əzizovun qızından söhbət gedir.   
Bəli, həmin gözəllik salonu – Houseofbeatysf(Şəhriyar-digərini hörmət naminə yazmırıq) Yasamal məhkəməsinin arxasında, Ə. Salamzadə 53 ünvanda yerləşir. 
Cənab başçı ! 

Siz bizi məcbur etməyin ki, aradan abır-həya pərdəsini götürək. 
Şərəfli kişi şəhidinin də ailəsinin namusunu özünün namusu bilir. 
Qalanı təfərrüatlardır, cənab Rafil  Hüseynov !

Oxşar xəbərlər

Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Vəsf  zamanı  deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları”  yazdırır...
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Qubada icra başçısı sakinləri niyə qəbul etmir? - GİLEY
Xəzərin icra başçısı görəsən, hara baxır? - Rəsmən özbaşınalıqdır...
Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
Deputat icra başçılarını tənqid etdi
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
İcra başçısı hələ də azad olunan rayonuna getməyib
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi