BŞDYP  ''rüşvət''  yuvasıdır ?-  Rəşid Piriyev, Vaqif  Əsədov, Nahid  Bağırovların  ''rüşvət'' şəbəkəsi var ?
30-06-2021, 19:14
573

BŞDYP ''rüşvət'' yuvasıdır ?- Rəşid Piriyev, Vaqif Əsədov, Nahid Bağırovların ''rüşvət'' şəbəkəsi var ?

Şəhər QAİ-sının əsas şüarı- Get, hara istəyirsən şikayət elə...

BŞDYP-ni kor bağırsaq kimi kəsib atmağn zamanı çatıb...


Bir neçə aydan sonra Azərbaycanın  müstəqil dövlət olmasının 30 yaşı olacaq. 
Bəli, biz  qosqoca  dövlət olmasaq da, artıq 30 yaşlı dövlətik, müxtəlif sahələrdə xeyli uğurlarımız var, Qarabağ kimi çox ağır problemi həll etmişik. Amma...
Amması odur ki, 30 ildə biz bir cəmiyyət və dövlət olaraq bu zəhrimara qalmış  nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması və s kimi problemləri həll edə bilmirik. Nəinki həll edə bilmirik, əksinə vəziyyət getdikcə dözülməz olur. 
Təsəvvür edirsiniz, yol qəzasında ölənlərimiz, Qarabağda şəhid olanlardan daha çoxdur. Bunu rəsmi statistika təsdiq edir. 
Axı, yol qəzasından ölənlərin, məhv olanların səbəbini təkcə  sərxoşluqda, sürücünün məsuliyyətsizliyində axtarmaq düzgün deyil. Bunun əsas səbəblərindən biri də yol hərəkətinin düzgün nizamlanmamasıdır. 
Sürücü, yaxud vətəndaş yollarda nə qədər stress keçirər, nə qədər əsəbi olar. Bütün bunlar ciddi fəsadlar yaradır. 
Allah qoymasa, sabiq nazir  Ziya Məmmədovun vaxtında 100 milyonlar  dövlət vəsaiti xərcləndi ki, biz də sivil ölkələr kimi nəqliyyatı intellektual idarə edək, yol polisi sürücünün dalına düşüb onu qovalamasın. Dünyanın heç bir yerində belə rəzalət yoxdur. Ancaq bizdədir. 
Yazıq sürücü, texniki baxışa pul versin, rüşvət versin, yol polisinə versin, cərimə meydançasına versin. Bu sözün əsl mənasında qəssabxanadır. 
Yeri gəlmişkən, sürücü deyir ki, texniki baxışdan keçmək üçün Texniki-Müayinə Mərkəzinə getmişəm. Dövlət rüsumu 30 manat olduğu halda kabinetdə oturan bir bığıburma məmur sürücüdən 80 manat, yəni dövlət rüsumundan az qala 3 dəfə çox istəyir. Sürücü, şikayət edəcəyini deyəndə cavab verir ki, get hara istəyirsən şikayət elə...
Bəli, vətəndaşları  dövlətdən narazı salan  1 nömrəli qurum  Bakı Şəhər Dövlət Yol Polis İdarəsidir ( BŞDYP). 
Ümumiyyətlə,  bu idarə birdəfəlik  ləğv olunmalıdır ki, vətəndaşların canı bu yolkəsənlərdən xilas olsun. Bəli, məhz  XİLAS...
Orta əsrlərdə yolkəsənlər olardı. Şəhər QAİ-si yolkəsənliklə məşğuldur,  nə isə tələb edir. Yol polisinin işi kolun dalında gizlənib fürsət gözləmək deyil, vaxtından əvvəl  baş verəcək qanun pozuntusunun qarşısını almaqdır. Digər tərəfdən  yollarda bu qədər RADAR varsa, bu qədər yol  polisinə nə ehtiyac var ? 
Axı, bütün bunlar hamısı dövlət xərci deməkdir. 
Digər vacib məqam odur ki, kolleclərimizdə nəqliyyat üzrə ixtisaslar var. Ancaq həmən ixtisası  bitirənlər iş tapa bilmir, amma kimsə əsgərlikdən qayıdan kimi 5-10 min tapıb  QAİ-yə işə düzəlir və verdiyi pulu çıxartmağa çalışır.  
Ümumiyyətlə, şəhər QAİ-sinin  keçmiş rəis  Nuşirəvan Səfərov ( bayquşlar söhbəti),  sonra sürücülərə kəllə atan Rəşadət Babayev  QAİ-nin nüfuzunu ölkədə sıfıra endiriblər. 
Hamı düşünürdü ki, BŞDYP-inin yeni rəisi, Qarabağ qazisi  Rəşid Piriyev gələn kimi qurumda ciddi müsbət dəyişikliklər  olacaq. Amma deyəsən əksinə oldu. 
Bu gün də yol polisi  ona aid olan dislokasiyadan kənara çıxıb sürücüləri qovur, nə isə alır. Bu gün yol polisi daha arxayın alır, çünki rəislərinə aylıq verirlər. 
Rəşid  Piriyev  başa düşmür ki, dubinka ilə nəqliyyatı idarə etmək,  sürücünün  ağzını iyləmək kimi metodlar arxada qalıb. 
Yol polislərinin özləri deyir ki, aylıq veririk. 
Belə yol polislərindən biri də   Nahid Bağırovdur ( 99-YP-363 nömrəli, 1676 döş nişanlı ). 
Nəzakətsizliyi  bir yana, hətta mənəvi dəyərlərimizə yad olan, sürücü qızlara söz atan, telefon istəyən bu ZAD(əgan)-a kim “krışalıq” edir. Əlbəttə, Rəşid Piriyev. 
Nahid  Bağırov kimi yol polisləri Rəşid Piriyev üçün hər ay neçə min pul deməkdir ? 
Bəli, Rəşid Piriyev və yol kəsənləri üçün bu əməlli-başlı biznesdir. Dubinkanı fırla, pul gəlsin, “cərimə meydançasına”  apar pul gəlsin, “ağzını iylə” pul gəlsin. Yaxşı ki, sürücülərin başqa yerini iyləmirlər. 
Neçə ildir qurumun mətbuat sözçüsü olan Vaqif Əsədov isə  QAİ-nin hesabına özünə bahalı villa tikdirib. Adamdan soruşarlar ki, aldığın konkret maaşla bu villanı necə tikdirmisən, Vaqif Əsədov ? 
Sözün qısası, hər gün minlərlə vətəndaşı dövlətdən narazı salan, nə isə yığan, yol kəsən BŞDYPİ-nin kor bağırsaq kimi kəsib atmağın zamanı çoxdan çatıb.

Oxşar xəbərlər

99-YP-363 nömrəli Yol Polisi Nahid Bağırov sürücüləri BEZDİRİB...- Nahid  kimə ''AYLIQ'' çatdırır ?
Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər   DYP-yə şərikli  “yol biznesi”  kimi baxırlar ?- BŞDYPİ-nin ləğv olunacağı gözlənilir...
Bakı Şəhər Yol Polisi İdarəsindən BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR...- Vaqif Əsədovun ''SƏRGÜZƏŞTLƏRİ''...
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...
“Xankəndi, Xocalı və digər ərazilərimizdə suverenliyimizin bərpası üçün iki əsas məsələ həll edilməlidir”
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
Tıxacı azaltmaq üçün metronu işə salmaq lazımdır - Ekspert
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
"Kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb..." - Ali baş komandan
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
"Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY
Paşinyan erməni xalqına müraciət etdi: “Qarabağ münaqişəsi həll olunmayıb”
Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
Əlibaba Məmmədovun qızı vəfat edib: "Bizdə əksinə oldu"
“Qarabağ tamamilə Azərbaycanın tərkibinə qaytarılır” -  Sergey Markov
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Məleykə Abbaszadədən valideynlərə ÇAĞIRIŞ
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır“ - Açıqlama
“Pulsuzluq məni əldən salıb“ - Brilliant Dadaşova
Bu əraziyə 5 ildir, telefon xətti çəkilmir - GİLEY
Rəsmi Tehrandan daha bir Qarabağ AÇIQLAMASI
BNA-nın yarıtmaz işi: MİLYONLAR HANI? — Avtobusda sıxlıq, işləməyən terminallar, tıxac...
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Məmurların ölkədən çıxardığı milyardlar geri qaytarılacaq?
Bakıda "1 manatlıq" taksilər yığışdırılacaq - SƏRT TƏDBİRLƏR BAŞLAYIR
Sizin 2 hektarda villanız olsun, şəhidlərin 2 metrlik “ev”i...
“30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” - Ənvər Əliyev