Prezident İlham Əliyev isə müstəqil Azərbaycan dövlətinə REAL MƏZMUN qazandırdı
1991-ci ildə SSRİ-nin dağılması ilə 15 respublika, o cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi, yəni kağız üzərində BƏYAN etdi.
Ancaq kağız üzərində BƏYAN etməklə, real müstəqillik, real dövlət olmaq tam fərqli anlayışdır.
Yəni kağız üzərində müstəqilliyi elan etmək, tarixi şəraitin verdiyi şansdan yararlanmaq ayrıdır, dövlətə və dövlətçiliyə REAL MƏZMUN vermək isə çox çətin, çox problemli məsələdir.
Biz kimlərisə təftiş etməkdən, kimlərinsə fəaliyyətinə kölgə salmaqdan uzağıq. Ancaq tarixi saxtalaşdırmaq da yolverilməzdir.
Bir müddət əvvəl cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bizə saxta tarix lazım deyil.
Bəli, məhz buna görə, qeyd etməliyik ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələnə kimi Azərbaycan rəhbərləri nəinki bütün qonşu dövlətlərlə, hətta qardaş Türkiyə ilə münasibətləri bərbad duruma salmışdı, ölkə vətəndaş müharibəsi vəziyyətində idi.
Bəlkə yadımıza salaq ki, Şuşa bir neçə saata, Kəlbəcər bir günə işğal olunmuşdu. Yəni Azərbaycan hətta kağız üzərində müstəqilliyini itirmək üzrə idi. Az qala hər partiyanın özünün qoşunu, ordusu var idi, vahid ordudan söhbət gedə bilməzdi. Azərbaycan ayaq altında idi, ermənilər Bakıya gəlməklə bizi hədələyirdilər. İndi çoxları bilərəkdən bunu unutmağa, unutdurmağa çalışır.
Bax, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhz bu durumda qəbul etdi. Heydər Əliyevin missiyası Azərbaycanı ayağa qaldırmaq, dikəltmək idi, vahid ordu yaratmaq idi.
Ulu Öndər qısa vaxtda çox çətinliklə başıpozuq silahlı qrupları ləğv etdi, xarici siyasət kursunu qaydaya saldı, vahid ordu yaratdı, dağılmış ölkə iqtisadiyyatını bərpa etdi və ən əsası xarici neft şirkətləri ilə “Əsrin müqaviləsini ” imzaladı.
Bəli, “Əsrin müqaviləsi”, daha doğrusu, Heydər Əliyev Azərbaycanın talehini yaxşılığa doğru dəyişdi, obrazlı desək, Azərbaycanı ayağa qaldırdı.
Ancaq, təəssüf ki, 2003-cü ilədək erməni işğalı altında olan torpaqlarımızın azad olunması üçün zaman çatmadı.
Lakin Ulu Öndər artıq Azərbaycanı ayağa qaldırmışdı, böyük dövlətlərlə münasibət normallaşmışdı, ölkədə vahid ordu, vahid komandanlıq yaranmışdı, əhalinin yaşayış səviyyəsi 1993-cü ildəkindən qat-qat yaxşı idi, yüz minlərlə məcburi köçkün ordusu dövlətin təminatını hiss edirdi. Və ən əsası Heydər Əliyev dövlətin xarici siyasət sektorunu çox dəqiq müəyyən etmişdi.
2003-cü ildə Prezident seçilən cənab İlham Əliyevin qarşısındakı ən böyük problem torpaqlarımızın azad edilməsi idi. Cənab İlham Əliyev əbəs yerə demir ki, 20 ildir ən çox Qarabağın azad edilməsi üçün çalışırdım.
Bəli, Prezidentin 20 illik ağır iş qrafikindən sui-istifadə edən bəzi məmurlar, nazirlər, icra başçıları, komanda üzvləri öz neqativ əməlləri ilə görülən işlərə kölgə salırdılar. Bu isə istər-istəməz cəmiyyətdə müəyyən narazılıqlar yaradırdı. Bu təkcə məmur problemi deyildi, bu məsələdə bəzi xarici dövlətlər də maraqlı idi. Bu barədə az müddət əvvəl cənab Prezident də öz fikrini bildirib. Bəli, bəzi qüvvələr rəngli inqilab, ərəb baharı və s adlarla ölkəni qarışdırmaq, Qarabağ problemini yaddan çıxartmaq istəyirdilər. Məhz Qarabağ problemini yaddan çıxartmaq.
Cənab İlham Əliyev siyasi məharətlə bütün bu problemləri aradan qaldıra bildi, hətta bəzən siyasi komandanın bütün ağırlığını şəxsən öz üzərinə götürdü və 44 günlük Vətən Müharibəsində 30 ildir işğalda qalan torpaqlarımızı azad edərək TARİX YAZDI.
Bəli, bu gün tam əminliklə demək olar ki, cənab İlham Əliyev təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın lideridir. Cənubi Qafqazın gələcəyi ilə bağlı bütün məsələlərdə cənab İlham Əliyev söz sahibidir.
Bir sözlə, Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək dünyanı fakt qarşısında qoydu.
Unutmamalıyıq ki, biz bir millət olaraq az qala 200 ildir torpaqlarımızı verə-verə gəlirdik. Nə qədər acı olsa da bunu etiraf etməliyik.
Biz 2-3 kəndin, ən yaxşı halda 1-2 rayonun azad edilməsini arzulayırdıq, ancaq bu gün torpaqlarımızın böyük hissəsi düşmən tapdağından azad edilib, bu gün Şuşa bizimdir, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd bizimdir. 1 il əvvəl biz bu barədə heç düşünə bilməzdik.
Bir sözlə, Heydər Əliyevin ayağa qaldırdığı Azərbaycanı artıq İlham Əliyev uğurla irəli aparır.
Bu TARİXİ UĞURUN qazanılmasında Birinci Vitse Prezident xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Mehriban xanımın dünyanın mədəniyyət mərkəzlərində keçirdiyi mühüm görüşlər Azərbaycan xalqı ilə bağlı çox müsbət fikir formalaşdırır. Unutmayaq ki, mənfur ermənilər, erməni diasporu əllərində olan imkanlardan istifadə edərək xalqımızı dünyaya az qala vəhşi kimi təqdim etmişdilər. Mehriban xanımım şəhid və qazi ailələrinə ana, bacı qayığısı artıq dillərdə dolaşır.
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın mədəniyyətlərarası dialoqun yaranmasında, milli mədəniiyətimizin dünyada təbliğində gördüyü işlər də ölkəmizin gələcəyinə yönəlik mühüm işlərdir.
Bütün bu qeyd etdiyimiz ürəkaçan, cəmiyyətdə qürur doğuran əməllərlə yanaşı, etiraf etməliyik ki, ölkəmizdə müəyyən problemlər də var. Bunu hamıdan çox öz çıxışlarında cənab prezident İlham Əliyev özü dönə-dönə vurğulayır.
Yazının girişində əbəs yerə qeyd etmədik ki:
Prezidentin 20 illik ağır iş qrafikindən sui-istifadə edən bəzi məmurlar, nazirlər, icra başçıları, komanda üzvləri öz neqativ əməlləri ilə görülən işlərə kölgə salırdılar.
Bəli, bu gün həmin məmurların cavab vermək zamanıdır.
Bu gün onlarla icra başçıları, nazirlər, komitə sədrləri, irili-xırdalı məmurlar həbsxanada haqlı cəzalarını çəkirlər.
Söhbət təkcə həbs olunmaqdan getmir. Söhbət dövlət məmurunun xalq, dövlət və prezident qarşısındakı məsuliyyətindən gedir.
Cənab Prezident rüşvətə, korrupsiyaya qarşı az qala müharibə elan edib, ölkədə çox ciddi iqtisadi və siyasi islahatlar gedir, siyasi komanda yenilənir, idarəetməyə yeni düşüncə, yeni təfəkkür gəlir.
Bir sözlə, cənab Prezident Qarabağın azad edilməsindən sonra öz komandasının yeniləşdirir. Bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini verir.
Təssəvür edirsiniz, hətta hər şeydə mənfi nəsə axtaran kəslər belə atılan addımları təqdir etməyə başlayır.
Doğrudan da, ölkənin güc strukturlarında baş verən müsbət kadr dəyişiklikləri insanlarda gələcəyə böyük ümid yaradır.
Daxili İşlər Nazirliyinin millətimizin gələcəyi üçün həyata keçirdiyi tədbirlər, narkomaniya ilə mübarizə, vətəndaşların asayişinin təmin olunması, şəxsən cənab nazir Vilayət Eyvazovun DİO-da yaratdığı nizam-intizam vətəndaşlarda dövlətə inam yaradır.
Eyni zamanda cənab Əli Nağıyevin rəhbərliyi altında Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatları cəmiyyətimizdə yüksək fərəhlə qarşılanır.
Obyektivlik naminə qeyd etməliyik ki, hörmətli Kamran Əliyev Baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında ciddi islahatlar həyata keçirilir.
Müdafiə nazirliyinin 44 günlük Vətən müharibəsində qazandığı uğurları isə bütün dünya gördü.
İqtisadi sahədə isə, cənab nazir Mikayıl Cabbarov başda olmaqla İqtisadiyyat Nazirliyinin apardığı islahatlar, sahibkarlar, iş adamları üçün yaradılan münbit şərait, büdcə gəlirlərinin artırılması, qeyri-neft sektorunun inkişafı ölkəmizin gələcəyinin rəhnidir.
Unutmayaq ki, yuxarıda adını sadaladığımız qurumlar Azərbaycan dövlətini onurğa sütunlarıdır. Və cənab Prezidentin formalaşdırdığı yeni komandanın nüvəsidir.
Və yeni siyasi komanda Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ən əsası ölkəmizdə Prezident və XALQ BİRLİYİ var.
Müdrik atalarımız demişkən, BİRLİK OLAN YERDƏ DİRİLİK OLAR.
Gundelik-baku.com
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı AYAĞA QALDIRDI- Ulu Öndərin ayağa qaldırdığı Azərbaycanı İlham Əliyev uğurla irəli aparır
03
sentyabr
12:35

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər
İlham Əliyev “Boeing” Şirkətinin prezidentini qəbul etdi
Azərbaycan tarixinin ən parlaq mərhələsini yaşayır
Azərbaycanda Milli Qurtuluş Günüdür.
"Biz mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik" - İlham Əliyev
İlham Əliyev Daşkəsəndə səfərdədir
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
Demişdim, Zəfər günü gələcək, o gün gəldi! - İlham Əliyev
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Heydər Əliyevlə çoban Xanışın dostluğu - Videotəqdimat
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Şuşa işğaldan azad olunanda ermənilər Qarabağ arzularının xülyaya çevrildiyini anladılar...
"Bütün proseslər göstərdi ki, Azərbaycan real və effektiv iş qurub"
İlham Əliyev müsahibə verdi
Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert
Nəyi necə və nə vaxt etməyi cənab İlham Əliyev gözəl bilir...- İlham Əliyev sözdə deyil, əməldə ƏSL LİDER olduğunu sübut etdi
"Qarabağı Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi" - Prezident
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
Prezident Sumqayıtda açılışlar etdi - YENİLƏNİB
ABŞ mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı
Prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım etdi
İlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər