İlham Əliyev  Böyük Azərbaycan lideridir  

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bağlı mövzuya keçməzdən öncə onu qeyd edək ki, müstəqillik TANRININ və TARİXİN millətlərə verdiyi şansdır. 
O qədər millətlər tarix  boyu müstəqilliyini qoruya bilməyib itirib, o qədər dövlətlər çökərək  tarixə qovuşub. 
Sözümüzün canı odur ki, dünyada 5000-dən artıq millət etnos  olsa da, cəmi 200-ə yaxın dövlət var. 
Ona görə yazdıq ki, müstəqillik TANRININ və TARİXİN verdiyi şansdır. 
Belə şansı  tarix son 100 ildə 2 dəfə bizə verdi. 
1918-ci ildə və 1991-ci ildə. 
Təəssüf ki, müxtəlif səbəblərdən 1918-ci ildə müstəqilliyimizi qoruya bilmədik. Bizim kimlərisə ittiham etmək fikrimiz yoxdur. Bu da millətimizin tarixi talehidir. 
1991-ci ildə, yəni 30 il əvvəl Azərbaycan öz bağımsızlığını-müstəqilliyini bəyan etdi. Amma…
Bir şeyi başa düşmək lazımdır ki, müstəqillik kağız üzərində, bəyanatla, deklorasiya ilə olmur. 
Gözünüzün qabağına gətirin ki, 1992-93-cü illərdə ərazimizin 20 faizi işğal olunmuşdu.
Ərazisinin 20 faizi işğal olunmuş dövləti təsəvvürünüzə gətirirsiniz ? 
Dünyada sizcə belə bir dövlət varmı ? 
Bu, dövlətin ərazisinin 5-dən 1-i deməkdir. Və ermənilər bizi hədələyirdi ki, Bakıya gələrik haa…
Bu sözün həqiqi  mənasında milli faciə idi. 
Üstəlik ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkün. 
Əvvəlki  hakimiyyətlərin yarıtmaz siyasəti səbəbindən Azərbaycan öz müstəqilliyini itirimək həddində idi. Bəli, bunu sadəcə, söz xatirinə qəbul etməyin. 
Tam məsuliyyətlə demək olar ki, Azərbaycan öz müstəqilliyini hər an itirə bilərdi. 
Hələ ölkədə silahlı qruplaşmaları, şimaldakı separatizmi və s halları demirik. 
Əlikram Hümbətovlar, Surət Hüseynovlar, Rəhim Qazıyevlər "stəkanda fırtına" edəcəklərini düşünərək ətraflarına 5-10 nəfər yığıb guya kim olduqlarını sübut etmək istəyirdilər.
Belə məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi. Ancaq vəziyyət dözülməz idi. Azərbaycanı ayağa qaldırmaq ən vacib məsələlərdən hesab olunurdu. 
Bunun üçün Ulu Öndər uzaq görən siyasi strateq  kimi vaxt udmaq üçün Atəşkəsi önə çəkdi. Çünki bizə bir dövlət olaraq  VAXT lazım idi. 
İkincisi, Ulu Öndər bütün maneələrə baxmayaraq neftlə bağlı “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. 
Üçüncüsü, separatizm və qanunsuz hərbi birləşmələr ləğv edildi və Vahid Ordu yaradıldı. 
Yəni Azərbaycan bir dövlət olaraq özünə gələ bildi. 
Qısa vaxtda 1 milyon qaçqın və məcburi köçkün məsələsi qismən yoluna qoyuldu. Və Azərbaycan inkişaf etməyə başladı. Ordu quruculuğu və xarici diplomatiya inkişaf etdirildi. 
Amma  fakt odur ki, ərazimizin 20 faizi işğal altında idi və ən dəhşətlisi isə, dünyanın siyasi gücləri bizə dəstək verimirdi. Və ermənilər  daha da həyasızlaşaraq yenidən növbəti ərazilərimizi işğal etməklə bizi hədələyirdi. 
Ancaq Azərbaycan artıq ayaq üstə idi. 
Bu məqamda Ulu Öndərin İlham Əliyev barəsində dediyi fikir yada düşür: “Mən ona özüm qədər inanıram“. 
Bəli, 2003-cü ildə İlham Əliyevin Prezident  seçilməsi ilə həm  Ulu Öndərin siyasi kursu davam elədi, həm də İlham Əliyev öz bütün siyasi potensialını ortaya qoyaraq Azərbaycanın  siyasi müstəqilliyinə  yeni məzmun verməyə başladı. 
Axı, nə qədər də desək, fakt budur ki, dövlətin ərazisinin 20 faizi hələ də işğal altında idi. 
Bu problem həll olunmasa, Azərbaycanın real müstəqilliyindən danışmaq mümkün deyildi. 
Cənab İlham Əliyev demək olar ki, təkcə dövlət başçısı kimi deyil, həm ölkənin baş diplomatı, ölkənin Ali Baş komandanı, Ordu rəhbəri kimi  bütün gücünü ortaya qoydu. 
İlk olaraq dövlətlərlə diplomatik münasibətlər qaydasına düşdü, vaxtilə erməniləri müdafiə edən dövlətlər bizi müdafiə etməsələr də, ən azı neytral qaldılar. 
Cənab Prezident Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə çatdıra  bildi. 
Qardaş Türkiyə ilə münasibətlərimiz ən yüksək səviyyəyə, hətta hərbi əməkdaşlıq səviyyəsinə çatdı. 
Və  2016-cı ildə  cənab Ali Baş komandan İlham Əliyevin rəhbərliyi  altında  Aprel savaşında  xeyli strateji mövqeləri azad edə bildik. Amma…
Biz dəfələrlə yazmışıq ki, Aprel müharibəsi  gələcək müharibə üçün Baş Məşq idi. Həm də hərbi strateq olan İlham Əliyev Aprel savaşında daxili və xarici problemləri özü üçün müəyyən edə bildi. 
Və Ali baş Komandanın əmri  ilə 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi, Vətən Müharibəsi  başladı. 
Təsəvvür edirsiniz, 44 gün  ərzində  30 ilə yaxın işğal altında olan ərazilərimiz, o cümlədən Dağlıq Qarabağın böyük  bir hissəsi azad edildi, Şuşaya Azərbaycan bayrağı sancıldı,  Zəfər günü təsis edildi. 
Ordumuzun  həyata keçirdiyi döyüşlər  bu gün dünyanın hərbi mərkəzləri tərəfindən diqqətlə öyrənilir. 
44 günlük müharibədə Cənab İlham Əliyev həm hərbi, həm diplomatiya, həm informasiya müharibəsinə şəxsən özü rəhbərlik etdi. 
Təsəvvür edin ki, müharibə gedə-gedə cənab Prezident dünyanın ən məşhur informasiya mərkəzlərinə ard-arda müsahibələr verərək dünyanı heyrətə gətirirdi. 
Ermənilər tarix boyu belə bir zərbə almamışdı. 
Təsəvvür edin ki, 100 ildir dünyada tanınan  daşnak informasiya mərkəzləri İlham Əliyevin qarşısında diz çökmüşdü. 
Bəli, bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan və onun Müzəffər rəhbəri İlham Əliyev  dünya liderləri tərəfindən böyük hörmət və ehtiramla qəbul edilir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”  barədə hər gün dünya mediası yazır. 
Bəli, 200 il torpaqlarımızı itirə-itirə  gəlmişik. Bu faktdır, bunu danmaq olmaz. Amma cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz  44 günə təkcə Ermənistanı deyil, dünya ermənilərini diz üstə çökdürdü. 
Və vətəndaşlarlımız əmindir ki, cənab İlham Əliyevin Dəmir yumruğu  gec-tez ölkəmizi qarışdırmaq istəyənlərin, inkişafımıza mane olanların, korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının başına enəcəkdir. 
Çünki cənab İlham Əliyev deyir ki, mən nəyi, necə, nə vaxt etməyi çox gözəl bilirəm.

Biz Gündəlik Bakı olaraq cənab Prezidentimiz İlham Əliyevə, Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya bu çətin işlərdə güc, qüvvət və yeni uğurlar arzulayırıq.
                                                                            "Gündəlik Bakı"nın araşdırma qrupu.
                                                                                                           24 Dekabr 2021-ci il