Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?
21-09-2020, 17:16
168

Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?

Azərbaycanda  istənilən məmurun, nazirin sahibkarlıq, biznes, kommersiya  fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. 
Amma heç kimə  sirr deyil ki, bu gün məmurların çoxu  müxtəlif adlar altında  biznes, kommersiya fəaliyyəti ilə məşğuldur. 
Cənab Prezident  onun etimadını doğrultmayan  vəzifəli şəxsləri səlahiyyətindən azad edir və yeni gənclərə  üstünlük verir ki, problemlər aradan qalxsın. 
Yəni məmur-nazir öz işi ilə,  biznesmen öz işi ilə məşğul olsun. Bundan sadə nə ola bilər ki ? 
Biznes səni bu qədər cəlb edirsə, buyur istefa ver və get  biznesmen ol. 

Bizim məmurlar isə bir əldə iki qarpız,  daha dəqiq desək,  bir əlində DÖVLƏT MƏMURU və digər əlində BİZNESİ tutmaq istəyir. 
Ən biabırçısı odur ki, bəzi məmurlarımız  falabaxma KANTORU, CADU MMC yaradır, hətta  gənc xanımları (işə) düzəltmə bürosu yaradırlar. 
Bax, diqqətlə fikir verin  bütün elanlarda yazılır: bizə gənc xanımlar lazımdır.
Ay adam, sənə peşəkar qadın aşbaz lazımdırsa,  neylirsən 18 yaşlı qızı ? 

Yaxud sənə peşəkar köməkçi qadın lazımdırsa, 18 yaşlı qızın hansı iş təcrübəsi sənə kömək edə bilər ?
Bu siyahını lap yüksək dövlət qurumlarına qədər uzatmaq olar. Amma ehtiyac yoxdur. 
İndi keçək konkret mətləbə. 

Ramin Quluzadə Allah qoymasa Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Naziri  təyin olunanda hamı düşünürdü ki, inşallah  qurumda islahatlar olar, savadlı, peşəkar insanlara  yol açılar. Amma…
Nazirlikdəki  saçyoldudan, arvadbazarından  xəbərlər yayıldı cəmiyyətə. 
İndi heçbir şərh-filan vermədən  son vaxtlar cənab nazir Ramin Quluzadənin  nazirliyə işə qəbul etdiyi siyahıya diqqətlə baxın: 

1.    Əsədova LaləNazim qızı –İdman Akademiyasının məzunu
2.    Həmidova Günay Möhübbət qızı 
3.    Səmədova Vüsalə Arif qızı, operator
4.    Rəşidova Gülnarə - operator
5.    Quliyeva Lalə - operator 
6.    Bəhmənova Püsüdə - operator
7.    Zaurbəyova  Bahar 
8.    Abidi İlahə 
9.    Əsədova Nigar 
10.    Əsgərova Elmira 
11.    Məmmədova Rəvanə 
12.    Qaraçənli  Sevil 

Sevil Qaraçənlidən başqa heç birinin rabitə, nəqliyyat təhsili yoxdur. 
Təsəvvür edirsiniz  son vaxtlar neçə nəfər ixtisaslı mütəxəssis, 10-15 il stajı olanlar nazirlikdə müxtəlif adlar altında işdən azad edilib. 
Və  quruma heç bir aidiyyəti olmayanlar, tibb texnikumunu bitirənlər  işə götürülüb. 
Məlumdur ki, Nazirliyin tərkibindəki BRTİB hazırda Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. BTRİB ASC-yə çevriləndən sonra  18 şöbə yaranıb və heç bir şöbənin rəhbəri öz sahəsini bilmir. 
Cənab nazir Ramin Quluzadədən soruşan lazımdır ki, 515-60-00  nömrəli telefon nömrələrini 300 manata satırsan. Bunun 30 manatı  dövlət rüsumudur, bəs 270 manat kimin cibinə gedir ? 
ADP sədri Sərdar Cəlaloğlunun isə nazirlikdə “xalis erməninin”  şöbə müdiri olması barədə dediklər  əsl sensasiyadır. 

Araşdırmamız davam edir.

''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

Oxşar xəbərlər

Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
“Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Millət vəkilinin biznes imperiyası böyüyür
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
Pandemiya məmurların biznesini də çökdürür...
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Onların taladığı pulları necə geri qaytarmaq olar? - GƏLİŞMƏ
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
“Gic-gic videolar yayırlar, bütün günü onları paylaşırlar...“ - Xalq artisti “od püskürdü”
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ
Bu ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq - FƏRMAN
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?
İşçisindən Mikayıl Cabbarova şikayət - "Rauf Qarayev buranı öz əmlakına çevirərək..."
ABŞ-ın birinci xanımının rəfiqəsi: Donald-Melaniya evliliyi biznes layihədir
Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
Cahangir Hacıyevin bankı əcnəbi  qızlara nə qədər maaş verir ?-İLGİNC
Bizdə “üsyankar məmur” olmur, həris məmur olur
Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
"Nə Mədəniyyət Nazirliyindən, nə də də kinostudiyadan təbrik aldım"