Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub. 
Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 665 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 385 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 387 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 445 otaqdan ibarət otelləri var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında daha bir azərbaycanlı "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, 2018-ci il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. 2019-cu ildə Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanaraq 6-cı sıraya geriləyib. 2020-ci ildə Araz Ağalarovun gəliri 130 milyon dollar azalaraq 240 milyon dollara düşüb və siyahıdakı mövqeyi 7-ci sıraya geriləyib. Ötən il isə gəlirini 85 milyon dollar artıraraq yenidən 6-cı sıraya yüksəlib. Qeyd edək ki, "Krokus" şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən "Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel, 842 min kvadrat metr sahəsi olan ticarət mərkəzi var.
"Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
"Daşınmaz əmlak kralları"nın ilk 10-luğunu təqdim edirik:
 
 Əmlak sahibləri və şirkətləri2021-ci il2020-ci il2019-cu il2018-ci il
1Qod Nisanov və Zarax İliyev
"Kievskaya ploşad" şirkəti
1 665  mln. $1 280  mln. $1610 mln. $1 565  mln. $
2Samvel Karapetyanın
"Taşir" şirkəti
615  mln. $585  mln. $655  mln. $670  mln. $
3Mikail Quçeriev
"Safmar" şirkəti
510  mln. $460  mln. $580  mln. $575  mln. $
4Aleksandr Klyaçin
“Gleden Invest Group” şirkəti
385  mln. $125  mln. $380  mln. $-
4İnqvar Kampradın qurucusu olduğu  İKEA-ya bağlı "İNGKA Sentr" şirkəti350  mln. $330  mln. $510  mln. $865  mln. $
5Valeri Mixaylov və Pavel Vaşenko
“Riverstretch Trading & Investments” şirkəti
350  mln. $295  mln. $305  mln. $295  mln. $
6Araz Ağalarov
"Krokus" şirkəti
325  mln. $240  mln. $370  mln. $410  mln. $
7Şarık Tara 
"Enka" şirkəti
300  mln. $290  mln. $340  mln. $325  mln. $
8Yuri Xotin  və Aleksey Xotin 
"Kompleks investisiyalar" şirkəti
205  mln. $190  mln. $280  mln. $285  mln. $
9Anton Bilton və Qlin Xirş
“Raven Property Group” şirkəti
180  mln. $190  mln. $200  mln. $195  mln. $
10Maksim Levçenko və Boris Paykin
“FortGroup”şirkəti
180  mln. $140  mln. $230  mln. $-