“Onları elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar” - Prezident
19-10-2020, 23:00
110

“Onları elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar” - Prezident

Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar.
Gündəlik Bakı xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar".

Oxşar xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI
"233 erməni tankı bizdədir" - İlham Əliyev
Prezident ordumuzun müasir silahlarından danışdı
Ermənilərin məhv edilən döyüş texnikasının siyahısı: 200 tank, 5 silah-sursat anbarı və... - VİDEO
Ermənistanın 200-ə yaxın tankı, 228 artilleriya qurğusu məhv edilib
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
"Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib" - MN
Prezident TASS informasiya agentliyinə müsahibə verdi - YENİLƏNİB (FOTO)
Düşmənin 30 döyüş texnikası məhv edildi - VİDEO
Ermənistanın daha bir PUA-sı məhv edildi
Son saatlarda düşmənin daha səkkiz döyüş texnikası məhv edildi - VİDEO
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Ermənilərin daha 6 tankı ələ keçirildi - RƏSMİ
Rusiya Qara dənizdə qanadlı raketlər buraxdı
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv etdilər - VİDEO
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
Ermənistan ordusunun polkovniki MƏHV EDİLDİ
Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
Qlobal neft bazarı təhlükədə - Şok
Türk PUA-ları PKK-nı vurdu: Terrorçlar məhv edildi
“Ağıllarını başlarına yığmasalar, sonları çox acınacaqlı olacaq”
Əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir - MN rəsmisi
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Rusiyada "Qafqaz-2020" belə başladı - VİDEO
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Ermənistan Ordusunun 84 hərbçisi məhv EDİLDİ