Astarada torpağa basdırılmış narkotik aşkarlandı
1-12-2020, 11:22
270

Astarada torpağa basdırılmış narkotik aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərindən əlavə olaraq 16 qram qurudulmuş marixuana aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ə.Baxşıyevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində torpağa basdırılmış şəffaf qab və kibrit qutularında ümumilikdə 569 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Balakəndə narkotacir tutuldu - FOTO
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Xuliqanlığa görə saxlandı, üstündən narkotik vasitə çıxdı
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Polis kokain və ekstazi satan şəxsi saxladı
Astarada balıqçı vətəgələrinə qənim kəsilən şəxslər saxlanılıb
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Bakıda qadın narkotacir saxlanılıb
Səbaildə narkotacir saxlanılıb - Foto
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Sabirabad sakinindən 14 kq marixuana və 27 çətənə kolu götürülüb
Narkobaron “Çopur Ramiz”  dəstəsiylə birlikdə tutuldu
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)