Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
16-04-2020, 14:30
236

Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər

Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etməkdə təqsirli bilinən Bəhram Tağıbəy oğlu Güləliyevin barəsində yeni ittiham irəli sürülüb.
Istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 217.2-ci (sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti əsasında Bəhram Güləliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
Qeyd edək ki, Bəhram Güləliyev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaxalanıb.
İttihama görə, aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, "Abu İbrahim Dağıstani" dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı, 48 yaşlı Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.
Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxşar xəbərlər

Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
Xızıda sürücü polisləri silahla hədələdi
Axtarışda olan şəxslər saxlanılıblar
Axtarışda olan şəxsin üstündə qumbara tapıldı
Deputatın qardaşı oğluna cinayət işi açıldı
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI
Azərbaycanda polis bıçaqlandı
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
İş adamını ağır yaralamış cinayətkar dəstə üzvləri ələ keçdi - ANBAAN VİDEO
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
“Şəkili Sayka” tutuldu - Video
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
İrandan gələn iş adamı gömrükdə “ilişdi”
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
Şirkət direktoru axtarışa verildi
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Adam öldürmək üçün avtomat aldı
Eldar Həsənov apellyasiya şikayəti verib
Ceyhun Cəfərov məhkəməyə gətirildi