İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
17-04-2020, 14:00
234

İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən  bildirilib ki, Baş İdarə əməkdaşları əldə etdikləri məlumat əsasında İmişli rayonu Bəhrəmtəpə-Biləsuvar magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran İslan Respublikasının vətəndaşı Əli Şəhriyari saxlanılıblar.
Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək. 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Tədbir zamanı İran vətəndaşından həmçinin 1 ədəd üzərində "Sur-2608” sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb. Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyarı və Enibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra isə geri qayıtmalı imişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əli Şəhriyarı və Enibar İsmayılov tutlaraq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Sabunçuda qardaşlardan narkotik götürüldü
Bakıda qadın narkotacir saxlanılıb
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı