AXCP üzvünə inzibati həbs cəzası verilib
18-04-2020, 07:30
109

AXCP üzvünə inzibati həbs cəzası verilib

Abşeron Rayon Məhkəməsinin aprelin 17-də çıxardığı qərarla AXCP üzvü Vüqar Əbilova 20 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Novator.az bildirir ki, son vaxtlar daha bir necə AXCP fəalı tutulub və ya cinayət məsuliyyətinə cəlb olunub.
Martın 22-si Cəlilabadda tutulan AXCP üzvü Anar Məlikova karantin rejimini pozmaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.
Martın 24-ü AXCP üzvü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 8-i AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 9-u AXCP fəalı, partiya sədrinin mühafizəçisi Ruslan Əmirov Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 10-u AXCP üzvü Nicat Abdullayev Bakıda tutularaq polisin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.
Həmin gün AXCP üzvü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Oxşar xəbərlər

FETÖ ittihamı ilə həbs edilən AXCP üzvü azadlıqda
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Şirvanda karantin rejimini pozan 4 nəfər həbs edilib
Kamil Zeynallı həbs edildi
“Cəmil Həsənli mandata görə AXCP-dən istefa vermişdi” - deputat
Yol polisin üstünə "Kamaz" sürən sürücü həbs edildi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
“AXCP-nin qeydiyyata alınmasını tələb edirəm”
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Bu ölkədə qaydalara əməl etməyənlərə 1 il həbs cəzası veriləcək
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
Bu sürücülər 400 manat cərimələnəcək
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
“Polis zibil atanlardan üzr istəməyib”
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
“İnstagram”da narkotik təbliğ edən şəxs həbs edildi - Video
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Belarus müxalifətinin üzvləri İstintaq komitəsinə aparılır - VİDEO
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN