İsmayıllı rayonunda qətl hadisəsi törədilib.
Hadisə bu gün axşam saat 19:30 radələrində İsmayıllı şəhərindəki kafelərdən birində qeydə alınıb. Rayon sakini, 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Hadisəni törədən şəxsin kimliyi araşdırılır.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.