Ötən gün paytaxtın Ziya Bünyadov prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, prospektdə hərəkətdə olan avtomobil keçid üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Diqqət çəkən məqamlardan biri odur ki, hadisə baş verən yerdən təxminən 100 metr məsafədə yerüstü piyada keçidi var. Həmin piyada bir qədər məsafə qət edərək yolu keçmək əvəzinə həyatını təhlükəyə atmağı seçib və nəticədə həyatını itirib.
Ümumiyyətlə, ölkəmizdə bu kimi hadisələrə tez-tez rast gəlinir. Adətən belə hallarda sürücülərin həbs cəzasına məhkum edildiyini görürük. Burada sürücüləri maraqlandıran əsas məqam ondan ibarətdir ki, sürət həddinin yüksək olduğu və keçid üçün nəzərdə tutulmayan yoldan keçən piyadanın vurulduğu halda məsuliyyəti kim daşıyır?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, piyadalar bəzən özlərini ölümə atırlar:
“Belə hallarda günah əlbəttə ki, piyadadadır, amma bu o demək deyil ki, sürücü məsuliyyətdən tam azaddır. Sürücü ən azından sürət həddini aşmamalı olduğu ilə bağlı məsuliyyəti özündə hiss etməlidir. Belə hadisələr baş verdiyi hallarda sürücünün də həyatı bərbad hala düşür, polisdə, məhkəmədə ittiham olunur.
Piyada ən yaxşı halda şikəst qalır. Ən pis halda isə əlbəttə ki, həyatını itirir. Mənim fikrimcə, bu hadisələr intihara bərabər hal kimi götürülməlidir. Yəni, bu adam piyada üçün nəzərdə tutulmayan yerdən keçirsə, burada başqa kim məsuliyyət daşıya bilər?”, - deyə o qeyd edib.
Ekspert həmçinin xarici ölkələrdə belə hallar baş verdikdə hansı tədbirlərin görüldüyündən də danışıb:
“Hər ölkənin özünü milli qaydaları var. Misal üçün, qonşu ölkə Rusiyada piyada yolun keçid olmayan hissəsindən keçdiyi üçün həyatını itirirsə, günahkar kimi piyada göstərilir. Burada sürücü də yoxlanışdan keçirilir. Sürücü spirtli içki və yaxud narkotik vasitə qəbul etməyibsə, elə məhkəmə zalından birbaşa azadlığa buraxılır. Digər dünya ölkələrində isə, məsələn, ABŞ-nin 90 faiz ştatında belə hallarda sürücü məsuliyyətdən azad edilir. Piyadanın etdiyi isə intihara cəhd kimi qeyd olunur.
Düşünürəm ki, Azərbaycanda bu kimi hallara görə qanuna ciddi dəyişiklik etməyə ehtiyac yoxdur. Zənnimcə, sürücülərlə bağlı yox, piyadalarla bağlı bir sıra əlavələr etmək olar”.
100 metr aralıda piyada keçidi var, amma özünü ölümə atır - Günah kimdədir? (AÇIQLAMA)
02
oktyabr
11:20

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
Yük maşınının piyadanı vurma anı - ANBAAN VİDEO
Gəncədə yük maşını piyadanı vurub ÖLDÜRDÜ
Bakıda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO
Şəmkirdə avtomobil piyadanı vurub öldürdü
Paytaxtda yolu keçmək istəyən qadını maşın vurub öldürdü - VİDEO
Bakıda dəhşətli qəza: Piyadanın cinsiyyət orqanı qopub yola düşdü
Şəkidə "VAZ" piyadanı vuraraq ÖLDÜRDÜ
Gəncədə piyadanı avtomobil vurub
Bakıda dəhşətli qəza: Avtomobilin vurduğu piyada əks tərəfdən gələn maşına çırpıldı
Göyçayda ağır yol qəzası olub, piyada ölüb
Bakı-Qazax yolunda faciəvi ölüm: Qadını maşın vurdu
Şəmkirdə maşın piyadanı VURDU
Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürdü
Goranboyda “Mercedes” piyadanı vurub öldürdü
Buzovnada piyada qadını avtomobil vurdu
Lənkəranda baş verən qəzada piyada ÖLDÜ
Bölmə rəisi piyadanı vurub öldürdü - YENİLƏNİB
BDU-nun professoru faciəvi şəkildə öldü
Gəncədə polis Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürdü - YENİLƏNİB
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət
Vətən müharibəsi iştirakçısını maşın vurub ÖLDÜRDÜ
Tovuzda qadını maşın vurub ÖLDÜRDÜ
Bakı-Qazax yolunda 65 yaşlı kişini maşın vurub öldürdü
Piyadanı vuraraq öldürən sürücü QAÇDI
DYP-dən piyadalara müraciət
Gəncədə avtomobil iki piyadanı vurub
"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu - Video
40 yaşlı kişini maşın vuraraq öldürdü
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- 50 yaşdan sonra necə qidalanmaq lazımdır?
- 300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA
- Xalq artisti Röya: “Dostumun evində də qaldım, paltarını da geyindim” – VİDEO
- Ərdoğanın müavini Azərbaycanda səfərdədir
- Depressiya ilə mübarizə aparmağın daha bir HƏLL YOLU
- Müğənni: Çaşanın başında mikrafon sındırmışam
- HƏMAS-ın daha bir komandiri öldürüldü
- Əsir düşən ukraynalı hərbiçilər güllələndi - VİDEO
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi