Tərtərdə YANĞIN - 3 nəfər xəsarət aldı
10-12-2020, 16:53
226

Tərtərdə YANĞIN - 3 nəfər xəsarət aldı

Tərtərdə 2 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonunun Evoğlu kəndində ferma ərazisində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı yaşayış üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanıq xəsarətləri almış 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.
Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər