Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
21-04-2020, 12:00
257

Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi

İsmayıllı rayonunda ata 14 yaşlı doğma qızına qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib. 
45 yaşlı Azər (şərti ad) qızı, 2005-ci il təvəllüdlü Ayselə (şərti ad) qarşı bu hərəkətləri 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayına qədər edib.  
Hadisə rayonun kəndlərindən birində baş verib. Azər yaşadığı evin həyətində heç kimin olmamasından və azyaşlı oğlu ilə 76 yaşlı anasının yataq otağında yatmasından istifadə edərək qızına yaxınlaşıb. 
İttihama görə, ata hər dəfə Ayselə vitamin adı ilə cinsi həvəs yaradan "Venegra" və "Kamagra" həbləri içirdib. Özü də həmin dərmanlardan qəbul edib, daha sonra isə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif yollarla, müxtəlif günlərdə qızına zor tətbiq edib. Bu hərəkətlər 2020-ci ilin mart ayının əvvəllərində, aprelin 17-si gecə saat 2 radələrində də təkrarlanıb. 
Məlumata görə, Azər həyat yoldaşı ilə 4 il əvvəl boşanıb. Anası isə uşaqlardan imtina edərək öz atası evində yaşayırmış, məhkəmə də uşaqların himayədarlığını ataya verib. Aprelin 17-də sonuncu hadisədən sonra Aysel anasına mesaj yazaraq atasının ona etdiklərini qeyd edib, daha sonra isə "qurban olum, ana, polisə demə. Yoxsa atam məni öldürər!", - deyə qeyd edib. Ananın şikayətindən sonra araşdırma aparılıb və hazırda iş İsmayıllı RPŞ-nin baş müstəntiqi Cəlal Abdullayevin icraatındadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər; yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 
Hadisəni törətməkdə ittiham olunan 45 yaşlı Azər barəsində İsmayıllı rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Oxşar xəbərlər

14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı
Abşeronda seksual manyak 5 yaşlı qıza....
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Sumqayıtda gənc nişanlısını öldürdü, qayınanasını ölümcül yaraladı
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
17 yaşlı qızı qaçırdığı deyilən oğlan DANIŞDI: "Bir dəfə ailəli olub, boşanmışam..."
Bakıda ana uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bərdədə qalmaqallı qaçırılma məsələsində tərəflər danışdı - Təfərrüat
14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu
Bakıda iki avtomobil toqquşdu: 3 yaralı
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldu
Bakıda 15 yaşlı qız hamilə qaldı
Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində öldü
10 yaşlı qızı intim fotosunu göndərməyə məcbur etdi
Xanım sədr kişiləri müdafiəyə qalxdı: - “Qadınlarımız da dinc dayanmırlar”
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Psixotrop həb qəbul edib qonşusunu öldürdü - VİDEO
Azərbaycanlı milyarderin boşanma qalmaqalı: Pula görə ana oğluna qarşı çıxır…
Putin koronavirus peyvədinin qızına təsirindən danışdı
İsmayıllıda ad günü məclisi təşkil edənlər cərimələndi
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
50 yaşlı kişi yaxın qohumunun 18 YAŞLI QIZINI QAÇIRDI - Əvvəl də 15 yaşlı qızı...
Bakıda kirayədə qalan qız ev sahibini döydü
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Almaniyada ana beş uşağını öldürüb