Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
22-04-2020, 20:27
237

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.
İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:
“Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.
Əraziyə gələn polis əməkdaşları onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.
“Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı
DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
İsmayıllıda ad günü məclisi təşkil edənlər cərimələndi
Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır - RƏSMİ
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
“Polis zibil atanlardan üzr istəməyib”
Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Polis əməkdaşı qadına qarşı dələduzluq edib? – Foto
Zaqatalada canavarlar fermaya hücum edib, xeyli qoyunu qırdı
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO