“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi - FOTO
18-12-2020, 16:20
267

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi - FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hüquqazidd əməlləri törədən Füzuli rayonunda qeydiyyatda olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxs əvvəlcə “instagram” sosial şəbəkəsində “YAŞAT” Fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb. Fondun rəsmi səhifəsi ilə saxlanılan şəxsin yaratdığı saxta profil yalnız bir hərflə fərqlənir. Məqsədli şəkildə oxşar adla yaradılan səhifədə X.Quliyevin əsas niyyəti yardım etmək istəyən insanlarda çaşqınlıq yaratmaq və bu yolla pul vəsaitləri əldə etmək olub. Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb. X.Quliyevin əməlinə hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə ayıq-sayıq davransınlar və insanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar.
“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi- FOTO

Oxşar xəbərlər

“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirildi
“YAŞAT” Fonduna ianə belə ediləcək
Deputatdan vətəndaşlara çağırış
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
"YAŞAT" əməkdaşları yaralı hərbçilər və şəhid ailələri ilə görüşürlər
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Yeni fond şəhid ailələri və qazilərin kredit borcunu həll edəcək - Detallar açıqlandı
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Bakıda "general" həbs edildi
Binəqədi rayonunda ərzaq mağazasında satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Su Polisi əməliyyat keçirdi - Saxlanılanlar var
“İnstagram”da narkotik təbliğ edən şəxs həbs edildi - Video
Jalə Əliyevanın təklifi etiraza səbəb oldu: Deputat xadimələri nəyə məcbur edir?
Səbaildə narkotacir saxlanılıb - Foto
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
İmişli sakini qonşusunun evindən 1 500 manatlıq oğurluq edib
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı