Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
21-12-2020, 15:06
155

Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı

Dekabrın 19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş müraciət  əsasında Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və  234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi
Polis kokain və ekstazi satan şəxsi saxladı
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Balakəndə narkotacir tutuldu - FOTO
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Azərbaycanda polis bıçaqlandı
“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb - FOTO
Vilayət Eyvazov onu rəis müavini təyin etdi
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Axtarışda olan şəxslər saxlanılıblar
Saatlıda əməliyyat keçirildi - Saxlanılan var
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Şabran sakini həmyerlisini bıçaqlayıb