Şabranda məktəb binasında YANĞIN
22-12-2020, 11:08
274

Şabranda məktəb binasında YANĞIN

Şabran rayonunda məktəb binasında yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayonda ümumi sahəsi 3100 m² olan üçmərtəbəli məktəb binasının birinci mərtəbəsində sahəsi 24 m² olan otaqda kompüter, faks aparatı, dolab və içərisində sənədlər 12 m² sahədə yanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər