Boşandığına görə bacısını və yeznəsini öldürdü - VİDEO
26-04-2020, 01:00
254

Boşandığına görə bacısını və yeznəsini öldürdü - VİDEO

2019-cu il fevralın 5-i saat 13 radələrində DİN “102” xidmətinə özünü təqdim etməyən bir qadından zəng gəlir. Həmin qadın “28 may” qəsəbəsində iki nəfərin bıçaqlanması barədə məlumat verib. Bundan sonra Binəqədi RPİ 40-cı polis bölməsi və rayon prokurorluğunun əməkdaşları həmin qəsəbənin 4-cü küçəsində yerləşən 24 saylı evə baxış keçiriblər. Evdə İlkin Məmmədov və Sevinc Məmmədova adlı iki şəxsin meyitləri, cinayətin aləti olan bıçaq və digər əşyalar aşkar edilib.
Həmin gün polis şöbəsinə könüllü gələn Beyləqan sakini, 32 yaşlı Vəli Behbudov yeznəsini və bacısını qətlə yetirdiyini bildirib. O, danışmamaqla qeyri-adekvat hərəkətlər edib, özü-özünü vurub, bölməyə gələrkən bilək nahiyəsində kəsilmiş yara, sol gözaltında və sağ qulağında xəsarətlər aşkar edilib. İstintaqla müəyyən edilib ki, Vəli Behbudov ögey bacısı Sevinc Məmmədovanın 2017-ci ildən əri İlkin Məmmədovdan boşanmasını öyrəndikdən sonra onları barışdırmaq qərarına gəlib. Bu məqsədlə bacısı ilə birlikdə onun keçmiş ərinin “28 may” qəsəbəsində yaşadığı evə gedib. Orda İlkinə və bacısı Sevincə barışmaq təklifini etdikdə hər ikisi onla razılaşmayıb. Vəli bunu özünün şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edib. Üzərində gəzdirdiyi bıçaqla ilə əvvəlcə İlkin Məmmədova 11 zərbə vurub. Yanında olan Sevinc Məmmədovanın qaçmasını görüb, sonuncunu əlləri ilə arxadan qucaqlayıb, ağzından və burnundan tutaraq öldürüb. 
 
Vəli Behbudov bildirib ki, bacısı Sevinc bir il əvvəl İlkin adlı oğlanla ailə həyatı qurub. Təxminən iki ay əvvəl İlkinlə Sevinc mübahisə ediblər, davalarının səbəbi bacısının qayınanası ilə yola getməməsi olub. 
O, Sevinci əri ilə barışdırmaq istəyib. Səhərisi gün İlkinin yaşadığı ünvana gəlib, ondan Sevinclə barışmasını istəyib. İlkin etiraz edib, mətbəx otağına keçib. Vəli əsəbiləşərək bıçaqla onu vurub. Zərbədən sonra İlkin yerə yıxılıb, Sevinc bıçağı Vəlinin əlindən almaq istəyib. Ağlayıb yoldaşı ilə barışacağını deyib, qışqıraraq qapıya tərəf qaçdıqda bacısını qolundan tutub. Qonşular eşitməsin deyə boğub. Daha sonra meyiti çiyninə qoyaraq, girişə aparıb və orda döşəməyə uzadıb. Evdən çıxaraq, marşrut avtobusu ilə Nərimanov RPİ-nə gedib, təslim olub. 
İlkin Məmmədovun anası Sahibə Məmmədova ifadəsində qeyd edib ki, gəlini oğluna xəyanət etdiyindən onlar boşanıblar.  Qohumları Vəli Behbudovda hər hansı xəstəliyin olmasını hiss etməyiblər, o həmişə özünü normal aparıb, tam sağlam olub.  Məhkəmə iclasında Vəli Behbudov ifadə verməkdən boyun qaçırıb və verilmiş sualları cavablandırmayıb. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının  arayışından görünüb ki, Vəli Behbudov “orta dərəcəli isterik nevroz" diaqnozu ilə dispanser qeydiyyatdadır. 
 
Ekspertizanın rəyinə əsasən, yoxlanılan şəxs psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkir. Buna əsasən məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirləri tətbiq olunmalıdır.  Bakı Ağır Cinayətlər Məhkəməsi qərarına görə, anlaqlı vəziyyətdə iki nəfəri öldürəndən sonra psixi xəstəliyə tutulmuş Vəli Behbudov 1 saylı psixiatriya stasionarına göndərilib və barəsində cinayət işi üzrə icraat sağalanadək dayandırılıb.
 


Oxşar xəbərlər

Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Bakıda qətl törədilib
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Bakıda telefon terrorçusunun kimliyi müəyyənləşdi
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Gecə klubu qarşısında mübahisə: Qardaş bacısını öldürdü - Təfərrüat
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Yas mərasiminə qatılan 17 nəfər saxlanıldı - Fotolar
Beyləqan “KamAZ” piyadanı vurub öldürdü
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Adam öldürmək üçün avtomat aldı
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
Azərbaycanda polis bıçaqlandı
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Əlində qızının kəsilmiş başı ilə çılpaq halda tutuldu – FOTO/VİDEO
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Karantinə etiraz edən qadın çılpaq şəkildə polis maşınının üstünə çıxdı – VİDEO
Xızıda sürücü polisləri silahla hədələdi