Bakıda mebel sexi YANDI
26-12-2020, 20:30
266

Bakıda mebel sexi YANDI

Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  ümumi sahəsi 80 m² olan ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi mebel sexi, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə yanıb. 
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər