Bakıda Yeni il gecəsi qətl - başından güllələndi
2-01-2021, 12:56
300

Bakıda Yeni il gecəsi qətl - başından güllələndi

31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyənləşib, Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Qısqanc ər arvadını qətlə yetirdi
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bakıda qətl törədilib
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Taksi sürücüsünün intihara cəhd faktı nəzarətə götürüldü
Bakıda qaynata kürəkənini güllələdi
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Həbsdəki icra başçısının işçisi niyə özünü asıb? - Rəsmi açıqlama
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
“Bakı Taksi xidməti”ndə sürücü intihara cəhd etdi
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
Bərdədə körpə doğuşdan sonra ölüb
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Hərbçilərimiz Ağdamda minaya düşdü - Biri şəhid oldu
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Usta hündürmərtəbəli binadan yıxılıb öldü
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Bərdədə 28 yaşlı qız əməliyyatdan sonra ölüb
Bakıda dəmir yol təmirçisi faciəvi şəkildə öldü
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi