Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
28-04-2020, 15:40
248

Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO

Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manata satarkən saxlanılıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla, 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. O.Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. O.Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir. 








Oxşar xəbərlər

Bakıda "general" həbs edildi
İranda “saxta tibb bacısı” əməliyyatı
Balakəndə narkotacir tutuldu - FOTO
Polis saxta pul çap edənləri yaxalayıb
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Böyük Britaniya Krallıq kilsəsi saxta koronavirus dərmanı satıb
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Bakıda görün, kimlər ƏLƏ KEÇDİ - "Bandotdel"dən ƏMƏLİYYAT
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Qəbələyə istirahətə gələnlər cərimələndi
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR