Zərdab rayonunun Şahhüseynli kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.