Bir gecədə üç ev YANDI
5-01-2021, 09:39
323

Bir gecədə üç ev YANDI

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Eyni zamanda Sumqayıt şəhərində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ev əşyaları 15 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər