Polisdən ƏMƏLİYYAT: Gəncə sakinindən silah və narkotik götürüldü
5-01-2021, 11:58
70

Polisdən ƏMƏLİYYAT: Gəncə sakinindən silah və narkotik götürüldü

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, həmin tüfəngə məxsus 3 ədəd patron və 1 ədəd kağız bükümdə ümumi çəkisi 1.64 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, A. Kərimovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən, sellofan torbadan aşkar edilən odlu silahın qundaq və lüləyi, fərdi yaşayış evinin yataq otağından isə parça torbada ümumi çəkisi 406 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Polis “Rəmiş“i saxladı
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Polis Mingəçevirdə əməliyyat keçirib, silah və narkotik aşkarlanıb - FOTO
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
“Krıtı Malış Gəncəli” saxlanıldı - FOTO
Lənkəran sakinindən narkotik götürüldü
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Karantin rejimini pozan kafe aşkarlanıb
Xuliqanlığa görə saxlandı, üstündən narkotik vasitə çıxdı
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Qanunsuz ov edənlər saxlanıldı
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Polisdən narkotik əməliyyatı - 25 kq...
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Bakı sakini saxta pulla saxlanıldı
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edildi
Saatlıda əməliyyat keçirildi - Saxlanılan var
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Abşeron sakininin evindən marixuana götürüldü
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı