Gənc oğlan qonşusunu güllələdi, sonra dağa qaçdı - Oğuzda olay
29-04-2020, 16:02
164

Gənc oğlan qonşusunu güllələdi, sonra dağa qaçdı - Oğuzda olay

Oğuz rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Laçın rayonundan məcburi köçkün düşmüş 1985-ci il təvəllüdlü Ramil Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramil Namazov Laçın İsayevə traktorunu yaşadıqları evin yerləşdiyi küçədə, onlara məxsus həyətin çəpəri yaxınlığında saxlamamağı bildirib.
Ramil Namazov mal-qaranın örüşündən qayıdıb həyətə töküldüyü vaxt Laçın İsayevin traktoru həmin yerdə saxlayıb, Ceyhun Əliyevlə təmir etdiyini görüb.
O, evində saxladığı sənədsiz ov silahını özü ilə götürüb və küçəyə çıxıb, təxminən 20-22 metr aralıda olan Laçın İsayevə traktoru orada saxlamasına görə təkrar irad bildirdirib. Laçın isə onun ünvanına nalayiq sözlər işlədib.
Ramil Namazov Laçın İsayevə yaxınlaşıb, nalayiq sözlər işlətdiyi üçün qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Əlində saxladığı ov silahı ilə Laçın İsayevə yaxın məsafədən atəş açıb. Laçın İsayevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Ramil Namazovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Namazov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə baş verən günü kəndin naxırını otarmaq növbəsi onda olub: "Həmin vaxt mallara vəhşi heyvanların hücumu təhlükəsini nəzərə aldığım üçün ov tüfəngini də özüm ilə götürmüşdüm. Günün sonunda malları örüşdən kəndə gətirdim. Heyvanlar həyətlərə dağıldıqdan sonra yaşadığım evə gəldim.
Həyətə daxil olanda qonşum Laçın İsayevin küçədə özünə məxsus traktoru saxlayaraq Ceyhunla təmir etdiyini gördüm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin may ayında da, sonra da Laçınla mübahisəsi olub, ona traktoru öz yaşadığı evin hasarının kənarında saxlayaraq təmir etməyi tapşırıb: "Həmin gün Laçın İsayevin traktorunu yenidən həyətyanı sahəmin yaxınlığında saxlamasını və traktorda təmir işləri aparmasını gördüm. Bu səbəbdən küçəyə getdim. Həmin vaxt örüş növbəsindən təzəcə gəldiyim üçün özümlə apardığım ov tüfəngini əlimdə saxlamışdım. Küçəyə çıxarkən tüfəngi götürdüyüm yerə qoymadım, onu küçəyə özümlə aparmaqda heç bir məqsədim yox idi. Həmin vaxt atəş açacağımı da düşünməmişəm.

Laçın İsayevə traktoru orada saxlaması ilə bağlı iradımı bildirdikdə, mənə kobud cavab verdi. Əyilərək yerdən dəqiq görə bilmədiyim hansısa əşya götürdü və mənim tərəfə addımladı. Laçın İsayevin yerdən bıçaq götürdüyünü və həmin bıçaqla məni vuracağını zənn etdim. Onu qorxutmaq məqsədi ilə havaya atəş açdım. Atəş açdıqdan sonra Laçın İsayevin əli ilə sağ çiyin nahiyəsini tutduğunu və yaşadığı evinə tərəf qaçdığımı gördüm".
Ramil Namazov qeyd edib ki, bundan sonra Laçın İsayevin açdığı atəş nəticəsində xəsarət aldığını başa düşüb: "Hadisə yerinə atam Saday gəldi, Laçına atəş açdığımı bildirdi, tənbeh məqsədi ilə mənə şillə vurdu. Bundan sonra hadisə yerindən uzaqlaşaraq tüfəngi qoymaq üçün yaşadığım evdən təxminən 30 metr aralıda yerləşən tövləyə tərəf getdim. Yolda tüfəngi açaraq onun içərisində olan gilizi yerə atdım. Tüfəngi tövlədə samanların arasında gizlətdim. Sonra tövlədə saxladığım ata minib dağa tərəf qaçdım. Bir qədər dağda gəzdikdən sonra əmimoğlu Namiq mobil nömrəmə zəng etdi. Bildirdi ki, Laçın İsayevin vəziyyəti yaxşıdır. O, gəlib hüquq-mühafizə orqanlarına təslim olmağımı bildirdi. Mən də gecəyarıya kimi dağda gəzdikdən sonra Oğuz rayon polis şöbəsinə yollandım və polisə təslim oldum".
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Namazov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ramil Namazov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza ilə cəzalandırılmasını istəyib.
Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Ramil Namazovun şikayəti qismən təmin edilib və Ramil Namazovun cəzası 9 il 6 aya endirilib.

Oxşar xəbərlər

Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Rusiyada azərbaycanlı çempion öldürüldü
Röya Mirşahinə təşəkkür etdi
Daha 119 obyekt epidemiya əleyhinə rejimi pozdu
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Gecə klubu qarşısında mübahisə: Qardaş bacısını öldürdü - Təfərrüat
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı
“Lotu Quli”nin Rusiyadakı adamlarından biri məhkəmə qarşısında - VİDEO
“Sənin siyasətçi boyunu yerə soxum, vəssalam“
Ağcabədidə ağır qəza, 2 yaralı
“Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı
Türkiyədə kazinolar kralını güllələyən killer Həsən Müzəffərov məhkəmədə nələri danışdı...
Deputat Ramil Həsənlinin adı uşaq oğurluğunda: məhkəmə həyat yoldaşı haqda hökm çıxardı
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
Kişi keçmiş arvadını sevgilsinin yanında öldürdü
Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar
Bakıda azyaşlı küçədə qarət olundu
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb