Bakıda yol qəzası törədərək qaçan qadın sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilərək saxlanılıb.