Bərdədə körpə ölü doğuldu, ginekoloq məhkəməlik oldu
6-01-2021, 15:58
123

Bərdədə körpə ölü doğuldu, ginekoloq məhkəməlik oldu

19 may 2020-ci il tarixdə Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)  maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Bərdədə körpə doğuşdan sonra ölüb
Bərdədə 28 yaşlı qız əməliyyatdan sonra ölüb
Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Usta hündürmərtəbəli binadan yıxılıb öldü
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Azərbaycanda babasını və nənəsini amansızlıqla öldürən şəxsə cinayət işi açıldı
Bakıda şirkət əməkdaşı liftin şaxtasına düşərək ölüb
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Bakıda dəmir yol təmirçisi faciəvi şəkildə öldü
Polisə zor tətbiq edən Ağstafa sakininə cinayət işi açıldı
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
DİN əməliyyat keçirdi - keçmiş məhkum saxlanıldı
Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI
“AS İnşaat”da FƏHLƏ ÖLÜMÜ - 11-ci mərtəbədən yıxıldı...
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI