Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanıldı
24-09-2019, 10:00
10 321

Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanıldı

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 9-dan 10-na keçən gecə Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət edən şəxslər tutulub.
Unikal.org xəbər verir ki, saxlanılan şəxslər Gəncə şəhər sakinləri - əvvəllər məhkum ounmuş 26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədovdur.
Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxslər Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət etdikdən bir həftə sonra Qarayeri qəsəbəsində daha bir mağazadan oğurluq ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub və Samux rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa istintaq zamanı maddi sübutun bir qismi polis tərəfindən götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onların oğurluq yolu ilə əldə etdikləri tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib. Hazırda saxlanılan şəxslərin digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
Televizor oğruları tutuldu - FOTO
Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar - FOTO
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Axtarışda olan şəxslər saxlanılıblar
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı - Foto
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
"Baron Eyvaz" saxlanıldı - FOTO
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Xaçmazda 7 min manatlıq oğurluq edən şəxs saxlanıldı
İki baş inəyə görə iki nəfər saxlanıldı
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda restoranın kassası qarət edildi
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Polis saxta pul çap edənləri yaxalayıb
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"