Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
13-01-2021, 09:29
231

Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var

Dünən saat 15:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib.
APA xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidov idarə etdiyi "Mercedes-bens" markalı 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobil körpüdən aşıb.
Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Lənkəranda AĞIR QƏZA: Ölən və yaralı var
Azərbaycanda dəhşətli qəza: Ana öldü, qızları yaralandı - VİDEO
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var
Salyanda avtomobil aşdı: Xəsarət alan var
Azərbaycanda "Priora" camışı vurdu - ölən və xəsarət alan var
Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Zəngilanda yük maşını körpüdən aşıb, bir nəfər ölüb - Foto
Lənkəranda dəhşətli qəza: Bir nəfər ölüb, dörd nəfər yaralanıb
Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var
Azərbaycanda QƏZA: Ata öldü, oğlu xəstəxanaya yerləşdirildi
DİN ölümlə nəticələnən qəza ilə bağlı MƏLUMAT YAYDI
Bayram günü ana ilə uşaqlarını maşın vurdu
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO
Qobustanda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Abşeronda baş vermiş ağır qəzada yaralananlardan biri ölüb - Video, Foto, Yenilənib
Gədəbəydə qəza - Ölən var
Faciə: “Mercedes”lə “VAZ” toqquşdu - Ata və oğlu öldü
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı
Bakıda qəza: Yaralılar var
Azərbaycanda dəhşətli qəzada maşın dərəyə yuvarlandı: Sürücünün başı qopdu
DYP Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb
Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib
Qayınana və qayınatasını ov tüfəngi ilə güllələdi - Xaçmazda DƏHŞƏT - YENİLƏNİB
Ağstafada iki avtomobil toqquşdu - Ölən və yaralanan var
Azərbaycanda dəhşətli qəzada polisin başı bədənindən ayrıldı - Video