Ata aliment verməmək üçün ədliyyə müşaviri ilə əlbir olub qızını “öldürdü” - VİDEO
19-01-2021, 09:31
30

Ata aliment verməmək üçün ədliyyə müşaviri ilə əlbir olub qızını “öldürdü” - VİDEO

Şuşadan məcburi köçkün düşmüş Fərhadova Reyhan Yunis qızı iddia edir ki, himayəsində olan nəvəsi Allahverdiyeva Nilufər Elgün qızı sağ olmasına baxmayaraq, sənədlərdə ölmüş kimi göstərilib.

Dominant.az xəbər verir ki, Reyhan Fərhadovanın dediyinə görə, qızı Fərhadova Günel Qabil qızı 2018-ci ilin 18 yanvarında xərçəng xəstəliyindən vəfat edib: “Qızım rəhmətə getməmişdən öncə həyat yoldaşından boşanmışdı. Rəhmətə gedəndən sonra qızımın qızı - nəvəm Allahverdiyeva Nilufər Elgün qızı mənim himayəmdə qaldı. Nəvəmin dünyaya gəlməsini atası istəmədiyi üçün Nilufəri doğulandan bəri özüm saxlayırdım, elə mənə də qəyyumluğa verildi”.

Şikayətçi qeyd edir ki, illərdir nəvəsinə aliment ala bilmir: “Uşaq doğulanda atası ondan imtina etdi, aliment vermədi, arada 20-30 manat verməklə baş aldatdı. 10 ildir nəvəmi özüm saxlayıram. 2017-ci ilin sentyabr ayında mən alimentə görə məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə uşağa ayda 136 manat 60 qəpik aliment kəsildi. 4 ay alimenti aldım. Qızım rəhmətə gedən aydan bəri, artıq 3 ildir ki, uşağa aliment ala bilmirəm. Müraciət etmədiyi qurum qalmayıb. Dəfələrlə Fikrət Məmmədova (Ədliyyə naziri – red.) ərizə ilə müraciət etmişəm ki, yetimin haqqına girilməsin. Yetimə yoldan keçənlər də rəhm edir ki, könlü xoş olsun. Ancaq doğma atası dövlət qulluqçusu ilə əlbir olub yetimin haqqına girir”.

R.Fərhadovanın sözlərinə görə, uşağın atası ona aliment verməmək üçün qızının adına ölüm kağızı çıxartdırıb: “Nəvəm sağ-salamat ola-ola Şuşa rayon icraçısı (Ədliyyə Nazirliyi Şuşa Rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri – red.) Vaqif Hüseynov sənəd verib ki, Allahverdiyeva Nilufər Elgün qızı 18 yanvarda (anasının öldüyü gün – red.) rəhmətə gedib. Qəbiristanlıqda yatan qızıma isə məktub göndərib ki, “sənin alimentin xitama getdi”. Bir sözlə, Vaqif Hüseynov dirini ölü kimi göstərib, ölüyə də məktub yazıb. Vaqif Hüseynovun nə marağı varsa, sağ uşağı ölü yazıb, nəvəmin hüququnu tapdalayıb. Qızımın ruhunu narahat edən, ölüyə məktub yazan Vaqif Hüseynovdan şikayətçiyəm, onun cəzalandırılmasını tələb edirəm”.

Öldü kimi qələmə verilən Nilufər Allahverdiyeva Prezident İlham Əliyevə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib: “Mən ölməmişəm, sağam, bu mənim “metirkam”, bu da şəxsiyyət vəsiqəm. Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpa olunması barədə göstəriş versin”.


Oxşar xəbərlər

50 yaşlı kişi yaxın qohumunun 18 YAŞLI QIZINI QAÇIRDI - Əvvəl də 15 yaşlı qızı...
“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
Dilarə Əliyeva nənə oldu
“Ona nifrət edirdim” - Məşhur müğənninin qızı etiraf etdi
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Arvadı məşhur repçidən ayda 2 milyon dollar aliment tələb edir
Trampın qızı prokurorluqda dindirildi -
Bu ilin ilk yarısında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq işə baxılıb
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
23 yaşlı ananı azyaşlı qızı ilə evlənməsinə icazə vermədiyi üçün öldürdü
Ana 5 yaşlı qızını və özünü asdı - Bakıda dəhşətli hadisə
16 yaşlı qızı qaçırdıqlarına görə 10 ilədək həbs olunacaqlar
Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi
Azərbaycanlı məşhurun qızı qoşulub qaçdı - Video
Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
Habil Əliyevin həkim qızı koronavirusa tutuldu - FOTO
17 yaşlı qızı qaçırdığı deyilən oğlan DANIŞDI: "Bir dəfə ailəli olub, boşanmışam..."
“Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm” – Tofiq Yaqublunun qızı
Övladlığa uşaq götürən məşhurlarımız
”Azəri qızı” Günel yeni biznesə başlayır
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
Tahir Salahovun qızı peyvənd olundu
Flora Kərimovanın qızı ikinci dəfə ərə getdi - Video
Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto
Keçmiş arvadı türkiyəli müğənnidən məhkəməyə şikayət etdi
İtburnu yığan ana və qızını ildırım vuraraq öldürdü - FOTO
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
Şok iddia: Paşinyanın arvadı və qızı gizli şəkildə...
Bakı bulvarında oğlan nişanlısını cəzalandırdı, polis hərəkətə keçdi - Video