Ağsuda güllələnmə
21-01-2021, 10:47
69

Ağsuda güllələnmə

Yanvarın 20-də saat 14 radələrində Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu rayon prokurorluğundan daxil olan xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Qaya Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Şabran sakini həmyerlisini bıçaqlayıb
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Türkiyə vətəndaşı qadını bıçaqladı, daha sonra isə...
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Bakıda qaynata kürəkənini güllələdi
Qısqanc ər arvadını qətlə yetirdi
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Xızıdakı insidentlə bağlı cinayət işi BAŞLANILDI
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Azərbaycanda qayın yeznəsini tüfənglə öldürdü (YENİLƏNİB)
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Şəki sakini baldızını evində qətlə yetirdi
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Prokurorluq Xaçmazda iki nəfərin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
8 ay əvvəl Bakıda tanışını bıçaqlayıb qaçan şəxs həbs edildi
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Goranboyda yol polislərinə hücum edildi
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Qonşusunu öldürən şəxs saxlanıldı
Bakıda qətl törədilib
Azərbaycanda babasını və nənəsini amansızlıqla öldürən şəxsə cinayət işi açıldı