Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
5-05-2020, 14:30
334

Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara, təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Lənkəran və Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul Rayon İcra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun vəzifə səlahiyyətlərindən sui istifadə edərək Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub.
Yevlax Şəhər İcra hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun da eyni xarakterli qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə edib imkansız ailələrə göndərilmiş ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən olunub.
Bundan başqa, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirovun, Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirovun və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizovun vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən İlknur Hüseynov tərəfindən də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək, 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Oxşar xəbərlər

Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Qəbələyə istirahətə gələnlər cərimələndi
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi