Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Pirkənd kəndi ərazisində Daşkəsən rayon sakini T.Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağır olan R.Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.