Sumqayıtda avtobusla avtoxuliqanlıq edən şəxsdən XƏBƏR VAR
6-02-2021, 15:15
117

Sumqayıtda avtobusla avtoxuliqanlıq edən şəxsdən XƏBƏR VAR

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, fevralın 4-də saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbəsi sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Goranboyda yol polislərinə hücum edildi
Cəbrayılda komendant rejimini pozan şəxslər saxlanılıb
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Yol polisin üstünə "Kamaz" sürən sürücü həbs edildi
Bakıda sərxoş qadın polisləri hədələdi
Sumqayıt sakini bıçaqlandı
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ + VİDEO
52 yaşlı qadın evində qətlə yetirildi
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Sərxoş sürücü avtobusla ər və arvadı vurdu - Qadın öldü
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
Bakıda qətl törədilib
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
Şabran sakini həmyerlisini bıçaqlayıb
Sumqayıtda aptekdən 4 min manatlıq oğurluq edildi
Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı
Polis Bakıda əməliyyat keçirdi, silahlı şəxslər ələ keçdi
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub