Televizor oğruları tutuldu - FOTO
9-05-2020, 14:00
253

Televizor oğruları tutuldu - FOTO

Qubada evlərin birindən televizor və məişət avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İdris-qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarlar oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.
Araşdırmalar zamanı onların həmin kəndin sakini olan bir azyaşlı, Şabran rayon sakinləri olan Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.
Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Oxşar xəbərlər

Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Uşaq bağçasından oğurluq edən şəxs saxlanıldı
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Balakəndə narkotacir tutuldu - FOTO
İmişli sakini qonşusunun evindən 1 500 manatlıq oğurluq edib
Bakıda avtomobildən oğurluq edildi
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Avtomobillərdən akkumulyator oğurlayan Bakı sakini ələ keçdi
Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar - FOTO
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Bakı sakini döyülərək avtomobili əlindən alınıb
Xaçmazda 7 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Xızıda sürücü polisləri silahla hədələdi
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı - Foto
Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanıldı