İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
11-05-2020, 17:00
177

İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

Maştağa qəsəbəsində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əliyusif Bağırzadə saxlanılıb. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 192 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 45 kiloqram 535 qram olan 303 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əliyusif Bağırzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Qusarda bir tondan çox narkotik məhv edildi
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
"Baron Eyvaz" saxlanıldı - FOTO
Balakəndə narkotacir tutuldu - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Neftçalada 4 ton çətənə kolu məhv edildi
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Bakıda qadın narkotacir saxlanılıb
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO