“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
12-05-2020, 08:00
120

“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu

11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.
Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.
Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Oxşar xəbərlər

Nazirlik binasında baş verən yanğın söndürüldü (Yenilənib)
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Bakıda oteldə yanğın: əcnəbilər təxliyyə edildi
Xızıda dağlıq ərazidə yanğın başlayıb - helikopterlər cəlb olunub
Bakıda fərdi yaşayış evi yanıb
Bakıda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
Abşeronda ikimərtəbəli tikilidə yanğın oldu
Füzulidə ev YANDI
Abşeronda avtobus yanıb
Şabranda ikimərtəbəli ev yandı
Yasamalda yataqxana YANDI
Bakıda sərnişin avtobusu yanıb
Masallıda partlayış: 3 nəfər dağıntılar altında qaldı
Binəqədidə ikimərtəbəli ev yandı
Bakıda "Land Rover" yandı
Azərbaycanda bu nazirliyin binasında YANĞIN - FOTOLAR
DSX-nin hərbi qulluqçusu yanğın zamanı fədakarlıq göstərib
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb
54 yaşlı kişi mənzildə ölü tapıldı
Azərbaycanda 16 nəfər yanaraq öldü
Binəqədidə evləri su basıb, 6 nəfər köməksiz qalıb
Bakıda mənzildə qadın meyiti tapıldı
"NAZ"la "VAZ" toqquşdu
İsmayıllıda "Mercedes"lə "Ford" toqquşdu
Ola bilər ki, müəyyən qüvvələr ölkədə vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçiblər
15 mərtəbənin damına çıxaraq intihar etmək istədi
Kişi Beşbarmaq dağında köməksiz qaldı
Sumqayıtda güclü yanğın başlayıb - Foto