Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
15-02-2021, 10:10
186

Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi

Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan  verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Qısqanc ər arvadını qətlə yetirdi
52 yaşlı qadın evində qətlə yetirildi
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bakıda qaynata kürəkənini güllələdi
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Ağsuda güllələnmə
Şabran sakini həmyerlisini bıçaqlayıb
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Türkiyə vətəndaşı qadını bıçaqladı, daha sonra isə...
Hökməlidə dəhşətli cinayət: Atasını qəddarlıqla qətlə yetirdi
Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı
Şəki sakini baldızını evində qətlə yetirdi
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Bakıda ər arvadını qətlə yetirdi
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
36 yaşlı kişi küçədə güllələnərək qətlə yetirildi
Bakıda qətl törədilib
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Azərbaycanda qayın yeznəsini tüfənglə öldürdü (YENİLƏNİB)