Bakıda 30-dan artıq evdən oğurluq edən dəstə üzvləri tutuldu
15-02-2021, 13:13
117

Bakıda 30-dan artıq evdən oğurluq edən dəstə üzvləri tutuldu

Bakıda 30-dan artıq evdən oğurluq edən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi sakini olan bir nəfərin evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə bu barədə məlumat verərək mənzilindən 7 min manat dəyərində 1 ədəd televizorun, kombi aparatının, eləcə də digər məişət əşyalarının oğurlandığını bildirib. 
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxslər - Sadiq Şəfiyev, Elşən Məmmədov, Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov saxlanılıblar. Onların Suraxanı, eləcə də paytaxt və respublikanın digər rayonlarından ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub. 
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Oxşar xəbərlər

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
Bakıda evdən 2 600 manatlıq oğurluq edildi
Polis Bakıda əməliyyat keçirdi: Ana, oğlu və qohumu saxlanıldı (VİDEO)
Bakıda evdən oğurluq edildi
Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
Bakıda evdən 5 min manatlıq oğurluq edildi
Abşeronda iki evdən 14 min manatlıq oğurluq edilib
Mağazalarda müştəriləri qarət edən dəstə ələ keçdi - Video
Bakıda və Şamaxıda evlərdən oğurluq oldu
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Polis oğurluq edən 3 qardaşı saxlayıb
Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi
Bakıda məktəbdən oğurluq edildi
Su ötürücü barmaqlıq oğurlayan dəstə üzvləri saxlanılıb - Fotolar
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar
Xaçmazda 7 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edildi
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda evlərdən 7 min manatlıq oğurluq edildi
Bakıda mağazadan oğurluq edənlər tutuldu
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Bakıda xadimə işlədiyi evdən 15 minlik qızıl oğurladı
Göyçayda məktəbdən kompüterləri oğurladılar
Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi
Qarət etdiyi evləri yandıran şəxs tutuldu
Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb