Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? - RƏSMİ AÇIQLAMA
14-05-2020, 20:30
176

Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? - RƏSMİ AÇIQLAMA

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, xüsusi karantin rejimi dövründə imkansız ailələrə yardım paylayan, xeyriyyəçiliklə məşğul olan şəxslər ya inzibati qaydada həbs edilir, ya da əsassız olaraq polisə çağırılırlar.
Məsələ barədə Oxu.Az-ın sualını cavablandıran DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu iddialar reallığı əks etdirməməklə yanaşı, həm də qərəzlidir:
“Xeyriyyəçiliklə məşğul olmaq, imkansıza əl tutmaq bizim millətin ən ümdə dəyərlərindən biridir.  Xüsusi karantin rejimi dövründə də dövlətimiz tərəfindən imkansız ailələrə maddi və ərzaq yardımları göstərilib və hazırda da davam edir, aidiyyəti dövlət qurumları onların qayğıları ilə maraqlanır, üzləşdikləri problemlər həllini tapır.
Bununla yanaşı, ayrı-ayrı vətəndaşlarımız da xüsusi karantin rejiminin tələblərini pozmadan  dövlətin bu xeyirxah missiyasına qoşularaq, aztəminatlı ailələrə yardımlar paylayırlar. Bir daha deyirəm, xeyriyyəçiliklə məşğul olsaq belə, bütün hərəkətlərimiz hələlik xüsusi karantin rejiminin tələblərinə uyğun olmalıdır. 
Təəssüflər olsun ki, elələri də tapılır ki, mövcud şəraitdən sui-istifadə edərək, özlərini xeyriyyəçi kimi göstərməkdən ötrü polisin etdiyi xəbərdarlıqlara baxmayaraq, tələb olunan qaydaları belə pozmaqdan çəkinmirlər. Belələri müvafiq qaydada icazə almadan evdən çıxır, 4-5 qutu ərzağı götürüb gedir hansısa rayona və ya kəndə. Orada da tibbi maskadan istifadə edilmədən, sosial məsafə gözlənilmədən başına yığır 50-60 nəfəri, deyir, sizə yardım gətirmişəm”.
E.Zahidov bildirib ki, indiki epidemiya dövründə, koronavirusun tüğyan etdiyi bir zamanda belə  xaotik, plansız hərəkətlər xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulması ilə bərabər, həm də yardım alan insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır:
“Ona görə də əminliklə deyirəm ki, ehtiyacı olan insanlara bu yolla edilən yardımın təhlükəsi faydasından qat-qat çoxdur. Bəli, öz həyat və sağlamlıqlarını riskə ataraq, vətəndaşlarımızı gözə görünməyən düşməndən - yeni koronavirus pandemiyasından qoruyan polis əməkdaşları belə hallarla rastlaşdıqda dərhal qarşısını alır və xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, həmin şəxs və ya şəxslər barəsində müvafiq tədbirlər görürlər”. 
“Yeri gəlmişkən, bir də görürsən ki, belə “xeyriyyəçilər” kamera və fotoaparatların müşayiəti ilə bir az ərzaq aparıb bir neçə ailəyə payladıqdan az sonra həmin videolar, fotolar sosial şəbəkələrdə yayımlanır. Mənəvi baxımdan bu da düz deyil. Çünki millətimizin belə bir deyimi var: “Sağ əlin verdiyini sol əl görməməlidir”, - deyə DİN rəsmisi qeyd edib. 

Oxşar xəbərlər

Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
“Mənə söyüşlər yazmayın, qarğış etməyin” - VİDEO
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
"Bu qadına məhlədə hamı fahişə deyir"
Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
“Polis zibil atanlardan üzr istəməyib”
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxan qadının əri həkimlərə hücum etdi — YABA İLƏ
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyulacaq - RƏSMİ
Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
Bu gün ünvanlı dövlət sosial yardım ödənişləri veriləcək
Xüsusi karantin dövründə yazılan cərimələr ləğv olunur? - RƏSMİ
Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb
Bu sürücülər 400 manat cərimələnəcək
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi