Bakıda məhkəmə zalında 4 dustaq özünü doğradı
23-02-2021, 14:18
23

Bakıda məhkəmə zalında 4 dustaq özünü doğradı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı insident yaşanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.
Məlumata əsasən, daha sonra onlar ülgücü boğazlarına dirəyərək dayanıblar. Hakim Səbuhi Hüseynov zaldan çıxıb və Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyi bacarıblar 
Qeyd edək ki, sözügedən iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham olunur.
Onlar, Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirli bilinirlər. 

Oxşar xəbərlər

İŞİD-ə pul göndərmək ittihamı ilə həbs edilən 11 nəfərin işi - “Dostunun xəstə uşağı üçün göndərib...”
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Yardımlıdan Sumqayıta narkotik daşıyan şəxsdən XƏBƏR VAR - VİDEO
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
Azərbaycanda daha bir erməni terrorçuya cinayət işi açıldı
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Azərbaycanda daha bir erməni terroçu barədə cinayət işi başlanıldı
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
XİN-in sabiq vəzifəli şəxslərinin ev dustaqlığının müddəti uzadıldı
Suriyada döyüşən azərbaycanlının məhkəməsi başladı
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
Elvin İsayevin məhkəməsi başlayır
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Azərbaycanlı dünya çempionu yenidən həbs edilə bilər
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü