Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb...
26-02-2021, 16:12
158

Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb...

Fevralın 5-də səhər saatlarında Şirvan şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Şirvan şəhər prokurorluğundan məlumat verilib.
Hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək, Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub. 
İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.  
Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub. 
Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilib, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb. 
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

52 yaşlı qadın evində qətlə yetirildi
Bakıda baş verən qətlin üstü açıldı
Bakıda DƏHŞƏT: Qadını öldürüb basdırdılar
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Qısqanc ər arvadını qətlə yetirdi
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Azərbaycanda dəhşət: Ruhi xəstə atasının başını üzdü
Bakıda qaynata kürəkənini güllələdi
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda qətl törədilib
Bərdədə faciə: Qardaş bacısını öldürdü
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Marketin qarşısında bıçaqlanan şəxs xəstəxanada öldü
Bakıda Yeni il gecəsi qətl - başından güllələndi
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
Qonşusunu öldürən şəxs saxlanıldı
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Sumqayıtda avtobusla avtoxuliqanlıq edən şəxsdən XƏBƏR VAR
8 ay əvvəl Bakıda tanışını bıçaqlayıb qaçan şəxs həbs edildi
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Sumqayıt sakini bıçaqlandı