Bakıda daha bir narkotacir saxlanıldı
27-02-2021, 13:50
114

Bakıda daha bir narkotacir saxlanıldı

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilmişdi.
Qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin aşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.
Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxslər barəsində Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Oxşar xəbərlər

Polis kokain və ekstazi satan şəxsi saxladı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakıda qadın narkotacir saxlanılıb
DİN-dən ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Ağdaş sakinindən narkotik götürüldü
Polis əməliyyat keçirdi - Video
Səbaildə narkotacir saxlanılıb - Foto
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
DİN əməliyyat keçirdi - Video
Lənkəran sakinindən narkotik götürüldü
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
DİN-dən Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Qubada polis reyd keçirdi - Həbs olunanlar var
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Yardımlıdan Sumqayıta narkotik daşıyan şəxsdən XƏBƏR VAR - VİDEO
Polis Mingəçevirdə əməliyyat keçirib, silah və narkotik aşkarlanıb - FOTO
“Tik-Tok”da narkotiki təbliğ edən şəxs həbs edildi
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO