Bakıda 22 yaşlı oğlan qətlə YETİRİLDİ
1-03-2021, 22:36
59

Bakıda 22 yaşlı oğlan qətlə YETİRİLDİ

Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Qısqanc ər arvadını qətlə yetirdi
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bərdədə faciə: Qardaş bacısını öldürdü
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı
52 yaşlı qadın evində qətlə yetirildi
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Bakıda qətl törədilib
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Ağsuda güllələnmə
Bakıda qaynata kürəkənini güllələdi
36 yaşlı kişi küçədə güllələnərək qətlə yetirildi
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Şabran sakini həmyerlisini bıçaqlayıb
Türkiyə vətəndaşı qadını bıçaqladı, daha sonra isə...
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Şəki sakini baldızını evində qətlə yetirdi
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
Marketin qarşısında bıçaqlanan şəxs xəstəxanada öldü
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Bakıda ər arvadını qətlə yetirdi
Bərdədə körpə doğuşdan sonra ölüb